Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli binaların təmiri davam edir

15 dekabr 2018 | 16:00

Bu gün respublikamızda aparılan sürətli və dinamik inkişaf paytaxtla yanaşı, bölgələrimizə də şamil olunur. Ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə ötən il 78, bu il isə daha 49 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, eləcə də bir binanın həyətində bu işin davam etdirilməsi görülən işlərin əyani göstəricisidir. Rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 127-nin yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdir.
Dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsini görülən işlərin əyani sübutu kimi qiymətləndirmək olar.
Hal-hazırda isə şəhərin N.Nərimanov yaşayış massivində yerləşən 4 bloklu, 5 mərtəbəli, 1 saylı və Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binalar əsaslı şəkildə təmir olunur. Bu gün icra başçısı həmin binalara baxış keçirərək burada görülən işlərlə  maraqlanıb, işlərin keyfiyyətli aparılması üçün öz tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər