Qazaxda qəbiristanlıqlarda iməcilik keçirilib
Son iki il yarımdır ki, genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən çoxsaylı tədbirlərlə, layihələrlə yanaşı, Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi də daim diqqət mərkəzində saxlanılır. Hər il bu sahədə görülən işlər demək olar ki, artıq bir ənənə halını alıb. Rayon sakinləri istər bayram ərəfələrində, istərsə də adi günlərdə iməcilik keçirirlər.
Bu gün isə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilbayramı ərəfəsində şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında iməclik keçirilib. Keçirilən ümumrayon iməciliyində qəbiristanlıqların içərisində və ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir torlar çəkilib.
Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradan rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.
Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarından başlayan iməcilik sabah da davam edəcəkdir.