Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbiristanlıqlarda keçirilən iməcilik bu gün də davam edib

23 dekabr 2018 | 16:00

Qazaxda istər bayram ərəfələrində, istərsə də adi günlərdə şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi demək olar ki, artıq bir ənənə halını alıb.
Həmin ənənə halını almış bu cür iməcliklər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində də həyata keçirilib.
Xəbər verdiyimiz kimi, dünəndən başlayaraq rayon sakinləri tərəfindən şəhər və rayonun bütün kənd qəbiristanlıqlarında keçirilən iməcilik bu gün də davam edib.
Bu gün səhər saatlarından başlayan ümumrayon iməciliyində qəbiristanlıqların içərisində və ətrafında təmizlik-abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir torlar çəkilib.
Doğma və əzizlərinin uyuduqları məzarlıqlarda səliqə-sahman yaradan rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər.

Kəmərli kəndi

Daş Salahlı

Qaymaqlı kəndi

Xanlıqlar kəndi

 

Keçidlər