Ötən ilin uğurları, yeni hədəflər
Qazax rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın Gənclər Mərkəzində 2014- cü ilin sosial -iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafisə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra aparatının işçiləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, QHT və ictimaiyyət nümayəndələri yığıncaqda iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəl Ulu Öndərin əziz xatirəsini anmışlar və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra Gənclər Mərkəzinin foyesində rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə və istehsal olunan yerli məhsulların sərgisi ilə tanış olmuşlar. Sərgi tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Yığıncaq öz işini davam etdirmişdir. Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov 2014-cü ildə rayonun sosial inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmişdir.
Məruzəni qısa ixtisarla dərc edirik
Hörmətli toplantı iştirakçıları,
Bildiyiniz kimi yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədirliyi ilə Nazirlər Kabinentinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə və 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bildirmişdir ki, 2014-cü ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, bütün sosial-iqtisadi proqramlar yerinə yetirilmişdir. Keçən il dünyada və bölgədə mürəkkəb proseslər baş versədə, gərginlik bütün dünyada artsada Azərbaycan xalqı 2014-cü il də təhlükəsizlik şəraitində yaşamışdır. Həm iki tərəfli, həm çoxtərəfli formatda uğurlu xarici siyasət aparmış, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınmış, beynəlxalq nüfuzu artmışdır. Azərbaycan son 11 ildə dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkə olmuş, “Davos Dünya İqtisadi Forumu hesabatına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Ötən il iqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Hansı ki, bəzi ölkələrdə artım yoxdur, əksinə tənəzzül vardır, artım olan ölkələrdə isə bu, 1 faizə qədərdir. Qeyri neft sektorumuz 7 faiz artmış, infilyasiya cəmi 1,4 faiz olmuş, əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Göründüyü kimi əhalinin pul gəlirləri infilyasiyanı 3 dəfədən çox üstələmişdir. İl ərzində ölkə iqtisadityyatına 27 milyard dollar invenstisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Eyni zamanda qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalmaqdadır. Hazırda Azərbaycanın 50 milyarddan çox valyuta ehtiyatı vardır. Ötən il əməkhaqqı, pensiya artmışdır. İndi orta aylıq əməkhaqqı 600 dollara yaxınlaşır, 400 min insana ünvanlı sosial yardım verilir Yoxsulluq 5 faiz səviyyəsindədir. İşsizlik 5 faizdən aşağıdır. 2014-cü ildə 123 min yeni iş yeri açılmışdır, onlardan da təxminən 100 mini daimi iş yeridir. Sürətli iqtisadi inkişaf demoqrafiq vəziyyətə müsbət təsir etmiş, ötən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Azrəbaycanda makro iqtisadi vəziyyət sabitdir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Keçən il Azərbyacanda "Sənaye ili" elan edilmişdir və 230 dan çox sənaye müəssisəsi yaradılmışdır. "Cənub qaz dəhlizi"nin təməli qoyulmuşdur. Bu layihə bizim uzun müddətli inkişafımızı daha da sürətləndirəcəkdir.
Ötən il sosial layihələrin icrası təmin edilmiş, 60-dan çox tibb mərkəzi, 50 dən çox məktəb binası tikilib istifadəyə verilmişdir. Sosial sahə həmişə prioritet olmuşdur. Əgər 2004-cü ildə Azərbaycanda əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq təqaüd 24 dollar idi, hazırda 220 dollardır. 2004-2014-cü illərdə 2900 məktəb binası, 560 tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir. Regionlarda 41 Olimpiya İdman Mərkəzi və 30 Gənclər Mərkəzi tikilmişdir. Bu illər ərzində məcburi köçkün ailələri üçün 84 qəsəbə yaradılmışdır. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait ayrılmış, 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmiş, 64 min müəssisə yaradılmış, 10 min kilometr yol çəkilmiş, 340 körpü və bölgələrdə 6 aeroport tikilmişdir. Onlardan dördü beynəlxalq aeroportdur.
Hörmətli toplantı iştirakçıları,
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də Qazax rayonunda uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli 2730 nömrəli sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. 5 kilometr uzunluğunda Fərəhli avtomobil yoluna nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün dəmyə xırı daşınaraq yayılmışdır.
Bundan əlavə Dövlət Proqramına uyğun olaraq Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Qazax şəhərində kənd təsərrüfatı idarəsinin yeni inzibati binasının tikintisinə başlanılmış və işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 374s saylı sərəncamına uyğun olaraq 180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa gücləndirmə işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində hər biri 100 yerlik olmaqla 2 ədəd körpələr evi-uşaq bağçalarının tikinti işlərinə başlanılmış, həmin obyektlərdə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılaraq istifadəyə verilmişdir.
Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri görülmüş və bu istiqamətdə işlər indidə davam etdirilir.
Ağköynək kəndi ərazisində şəhərin məişət tullantılarının tökülməsi üçün 30 hektar ərazidə “Poliqon yaradılmışdır. Aslanbəyli və Abbasbəyli kəndlərində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə hər birinin tutumu 16 ton olan 5 ədəd su çənləri quraşdırılmış və 4 kilometr uzunluğunda su xətləri çəkilərək əhalinin istifadəsinə verilmişdir.
Bundan əlavə Daş Salahlı kəndində tutumu 300 kub metr olan su anbarı əsaslı təmir edilmiş, 5 kilometr uzunluğunda su xətti çəkilmiş,əhalinin ümumu istifadəsi üçün 23 ədəd bulaq quraşdırılmışdır. Aşağı Salahlı kəndində 2,5 kilometr uzunluğunda su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. Ötən müddət ərzində Dəmirçilər və Ürkməzli kəndlərinə içməli suyun çəkilişi, Dəmirçilər kəndində suvarma su arxının 900 metr hissəsinin beton üzlüyə alınması, diametri 800 mm olan metal boru ilə 250 metr uzunluğunda su arxının bərpa edilməsi işi başa çatdırılmış və 2 ədəd su nasosu quraşdırılmışdır.
Rayon ərazisində suvarma suyunun yaxşılaşdırılması məqsədilə 2014-cü ildə Çaylı, Kommuna, Kosalar, Ağköynək, Qarapapaq, Orta Salahlı, Qazaxbəyli, Aşağı Salahlı kəndlərinin ərazisində 24270 p/m arxlar beton üzlüyə alınmış, 55160 p/m torpaq məcralı arxlar təmizlənmiş, 423 ədəd hidrotexniki qurğular quraşdırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.
Ölkə Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Qazax rayonunda Qarabağ Əlilləri və Şəhid ailələri üçün mərhələlərlə növbəlilik əsasında fərdi qaydada yaşayış evlərinin tikintisinə başlanılmışdır.
Bundan əlavə ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda layihə İnstitutu tərəfindən yeni salınacaq qəsəbənin layihə-smeta sənədləri hazırlanmışdır.
Hörmətli toplantı iştirakçıları,
Qazax rayonu üzrə 2014-cü ilin yerli gəlir və xərclərinin proqnozu 21143000 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 5490000 manatını yerli daxilolmalar, 15653000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 26,0 faiz, dotasiya isə 74,0 faiz olmuşdur.
2014-cü ildə yerli daxilolmalar 5490000 manat proqnoza qarşı 5625390 manat və ya 102,5 faiz yerinə yetirilərək büdcəyə 135390 manat çox vəsait mədaxil olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 495168 manat və ya 9,6 faiz çox vəsait daxil olmuşdur.
Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 93,6 faiz icra olunmuşdur.
2014-cü ildə yerli gəlirlər 96,6 faiz yerinə yetirilmiş, yerli xərclər 96,2 faiz və ya 975387 manat az icra olunmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11983837 manat azdır. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.
Rayon ərazisində 7 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri, 1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
2014-cü il ərzində əhaliyə 52503713 manat kredit verilmişdir ki, bunun da 42942872 manatı qısamüddətli, 9560841 manatı isə uzunmüddətlidir. Bundan əlavə 9 nəfərə 233340 manat “İpoteka krediti verilmişdir.
Əhalidən 1656950 manat və 261900 ABŞ dolları əmanətlər cəlb olunmuşdur.
Ötən il ərzində 146 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1700000 manat verilmiş kreditlər hesabına 2014-cü ildə 315 yeni iş yerləri açılmışdır . Kənd yerlərinin kreditləşməsi yolu ilə 10 nəfərə 45 min manat kredit verilmişdir.
Hörmətli toplantı iştirakçıları,
Hesabat ilində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 12407100 manat, ümumi məhsul buraxılışı 127791100 manat olmuşdur.
Adambaşına düşən ümumi məhsulun həcmi 1374 manat, orta aylıq əmək haqqı 255 manat olmuşdur. Əhalinin pul gəlirlərinin artması hesabına rayonumuzun yaşayış məntəqələrində 188 fərdi yaşayış evləri tikilmişdir.
2014-cü ildə rayonumuzda olan 47811 nəfər iqtisadi fəal əhalinin 46960 nəfəri iqtisadiyyatda məşğul olanlardır.
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Belə ki, 2003-cü ildən bu günədək rayon üzrə 10739 yeni iş yeri, 2014-cü ildə rayonda 16 yeni müəssisə yaradılaraq 867-i daimi olmaqla 907 yeni iş yeri açılmışdır.
2014-cü il ərzində 101 dövlət və qeyri-dövlət müəssisələrindən 360 boş iş yeri təqdim edilmiş, 778 nəfər Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 434 nəfər iş axtaran kimi qeydiyyata alınmış və 125 nəfər münasib işlə təmin olunmuşdur.
Qazax rayon Məşğulluq Mərkəzi 2015-cü ildə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri ilə daha sıx əlaqə yaratmalı və müraciət etmiş vətəndaşları vaxtında qeydiyyata almaqla işlə təmin olmalarına lazımi kömək göstərsinlər.
Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar qəbul edilmiş Sərəncam və Qərarların icrasının nəticəsidir ki, 2014-cü ildə biçilmiş 7880 hektar sahədən 20123 ton taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3756 ton çoxdur. Orta hesabla hər hektardan məhsuldarlıq 25,6 sentnerə çatdırılmışdır. Bununla yanaşı meyvə istehsalı 627 ton artırılaraq 14185 tona, üzüm istehsalı 35 ton artırılaraq 3614 tona, kartof istehsalı isə 360 ton artırılaraq 3560 tona çatdırılmışdır.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2014-cü ilin iyun ayında 5070 nəfər istehsalçının becərdiyi 13553 hektar sahə üçün 542120 manat yanacaq və motor yağına görə yardım hesablanaraq verilmişdir. Dekabr ayında 1979 nəfər istehlakçının 3883 hektar əkdiyi buğda sahəsi üçün 153324 manat yardım hesablanaraq sənədlər Respublika Yardım Komissiyasına təqdim edilmişdir. İl ərzində istehsalçılara güzəştli qiymətlə 81 ton azot kübrəsi satılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2013-cü il tarixli Sərəncamı ilə 2014-cü ildə rayona 2 ədəd yeni taxılyığan kombayn gətirılmışdır. Bu da taxıl məhsulunun qısa müddətdə itkisiz yığılmasına şərait yaradacaqdır.
Mövcud şum traktorlarından və digər kənd təsərrüfatı texnikalarından səmərəli istifadə olunaraq kifayət qədər şum qaldırılmışdır. Bunun nəticəsidir ki, 2015-ci ilin məhsulu üçün 5559 hektarda payızlıq taxıl səpilmişdir. Bunun 4165 hektarı buğdadır.
2014-cü ilin yazında və payızında rayon ərazisində 295500 ədəd müxtəlif növ ağaclar əkilmişdir, bunun da 50000 ədədi magistral yol kənarlarına, şəhər və kənd daxilinə, 245500 ədədi isə Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki xidmət işləri davam etdirilir.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması üçün əsas amillərdən biri bitkilərin vaxtında və kifayət qədər suvarma suyu ilə təmin olunmasıdır.
Suvarma suyunda yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə 2014-cü ildə rayon ərazisində 18 ədəd subartezian quyusu qazılmış və 9 ədəd subartezian quyusunun qazilmasi sənətləşdirilmişdir .
Suvarma Sistemləri idarəsi tərəfindən 2014-cü vegetasiya ilində havaların çox quraq keçməsi və su mənbələrində kifayət qədər suvarma suyunun toplanmaması nəticəsində istehsalçılar suvarma suyu ilə tam təmin olunmamışlar. Mövcud suvarma sularından itkisiz və daha səmərəli istifadə edilməsi məqsədilə Suvarma Sistemləri idarəsinin rəhbərliyi işini daha səmərəli qurmalıdır. Yalnız ayrıclardan təsərrüfatlara 62,1 milyon kub metr əvəzinə 44,4 milyon kub metr su verilmişdir . Bununla artan yekunla 26011 min hektar əkin sahəsi suvarılmışdır ki, bu da nəzərdə tutulandan çox azdır. Qazax Suvarma Sistemləri idarəsi tərəfindən 2014-cü ildə 703 min kub metr arxlarda lildən təmizlənmə işləri aparılmışdır. Bundan 299000 kub metri Qazax Melioservis idarəsi tərəfindən aparılmışdır. Örtülü suvarma şəbəkələrində Dövlət Proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir.
2014-cü ildə 668 baş iri buynuzlu heyvan süni yolla mayalandirilmış ,əvvəlki ildə mayalandırılmış heyvanlardan 744 baş bala əldə edilmişdir. Kəndlərdə heyvandarlıq sahəsində bu işlərin genişləndirilməsi ləng gedir. Odur ki, aidiyyəti idarələr, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri bu işin məsuliyyətini dərk edərək tam ciddiliyi ilə müvafiq tədbirlər keçirilməsini təmin etməlidirlər.
Heyvandarlıq sahəsində zoobaytar tədbirlərin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı artmaqdadır. Belə ki, 2014-cü ildə ötən ilə nisbətən 1330 ton artıq süd istehsal olunaraq 29002 tona, 122 ton (diri çəkidə) artıq ət istehsal olunaraq 5252 tona və 198000 ədəd çox yumurta alınaraq 11 milyon 200 min ədədə, iribuynuzlu mal-qaranın baş sayı 7 baş artaraq 30095 başa çatdırılmışdır.
Qazax Baytarlıq idarəsinin rəhbərliyi rayon ərazisində satılan ət və süd məhsullarının keyfiyyətinə və onların satıldığı obyektlərin sanitariya qaydalarına uyğun olmasına nəzarəti gücləndirməlidir.
Əhalinin Sosial Müdafiəsi Fondunun rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2014-cü ildə ödəniş müəssisələrinə 27812000 manat vəsait köçürülmüşdür. Bu keçən ilin müvafiq dövrünə nisbətən 2041 manat çoxdur. 2014-cü ildə şöbədə sosial sığorta haqları üzrə yığım proqnozu 94,5 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 516000 manat artıq olmuşdur.
2014-cü ildə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4557528 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Bu rəqəm 2013-ci illə müqayisədə 239000 manat azdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 29 avqust 2013-cü il tarixli fərmanına əsasən 2013-cü ilin 01 sentyabr tarixindən müavinətlərin məbləği artırılmışdır. 2014-cü ildə 1434 ailəyə 2774522 manat ünvanlı sosial yardım təyin edilib ödənilmişdir.
Hesabat ili ərzində əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahələrində də bir sıra işlər görülmüşdür.
Qazax Telekommunikasiya Qovşağı cari ildə planı 101 faiz yerinə yetirmiş və ötən müddət ərzində 54 ədəd yeni telefon xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir.
Qazax Poçt filialı 2014-cü il ərzində planı 113 faiz yerinə yetirərək əhalidən elektrik enerjisi, qaz, su, telefon, vergi və sair pulları qəbul edilib aidiyyəti təşkilatların bank hesablarına köçürmüşdür. Filial tərəfindən müxtəlif ünvanlara 6831 məktub və 728 ədəd bağlama göndərilmiş, 11542 məktub və 2355 bağlama qəbul edilmişdir.
“Qazax-Avtovağzal ATSC tərəfindən 2014-cü ildə 306000 sərnişinə xidmət göstərilərək plan 102,4 faiz yerinə yetirmişdir.
27 saylı Yol İstismar İdarəsi 58 km respublika əhəmiyyətli, 134 kilometr yerli əhəmiyyətli avtomobil yollarına və uzunluğu 914 p/m olan 23 ədəd körpülərə xidmət edir. 2014-cü ildə idarəyə “Azəryolservis tərəfindən 1 ədəd TATRA markalı avtoekskavator verilmişdir.
Qazax Mənzil İstismar Sahəsinin balansında olan 7 yaşayış binasının dam örtüyündə əsaslı, 12 binanın dam örtüyündə və 21 binanın kanalizasiya sistemində cari təmir işləri aparılmışdır. 2014-cü il ərzində vətəndaşlardan yığılan mənzil xidmət haqqı 109,7 faiz olmuşdur.
Qazax Kommunal Müəssisələri Kombinatı əsasən şəhərin təmizliyi və yaşıllaşdırılması işi ilə məşğul olur. 2014-cü ildə Nazirlər Kabinetinin bölgüsünə əsasən müasir tələblərə cavab verən 80 ədəd diyərcəklər üzərində olan tutumlar kombinata gətirilmişdir.
Hesabat ilində əhalinin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Elektrik Şəbəkəsi tərəfindən 2014-cü il ərzində cəmi pul yığımı 4416000 manat yerinə yetirilmişdir. Ümumi yığım 96,1 faiz, o cümlədən yerli əhali üzrə 97,7 faiz olmuşdur. 2013 və 2014-cü illərin göstəricilərini müqayisə edərkən cəmi pul yığımında 49100 manat, o cümlədən yerli əhali sektorunda 20800 manat artım olmuşdur.
2014-cü il ərzində Qazax rayon Qaz İstismar Sahəsi tərəfindən əhali abonentlərə satılmış qazın yığım faizi 95,6 faiz olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 482593 manat çoxdur.
Rayon üzrə qazlaşma 100 faiz başa çatdırılmışdır. Ümumillikdə 2014-cü ildə 219 nəfər yeni abonent təbii qazla təmin edilmişdir.
Qazax “Su Kanal idarəsi tərəfindən 2014-cü il ərzində 125 abonentə yeni su xətti çəkilmiş, 5860 abonentə xidmət göstərilmiş və 440119 manat vəsait toplanmışdır. Bu da satışın 100,4 faizini təşkil edir. 2013-ci illə müqayisədə 4,3 faiz çox vəsait toplanmışdır.
Su Quyularının İstismarı İdarəsinin Qazax İstismar sahəsinin balansında 123 ədəd subartezian quyusu vardır. Ondan 12 ədədində əsaslı, 111 ədədində isə 149 dəfə cari təmir işləri aparılmışdır.
Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə torpaqayırma və layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 ümumi orta, 7 ibtidai məktəbdə 11329 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1768 nəfər müəllim məşğul olmuşdur. 2014-cü ildə 877 nəfər XI sinif məzunlarından 519 nəfəri TQDK-ya sənət vermiş onlardan 291 nəfəri, əvvəlki illərin məzunlarından isə 29 nəfəri ali məktəblərə, 87 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşlar. Qəbul olmuş məzunlardan 44 nəfəri 500-dən, 15 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Hüseyinbəyli kənd tam orta məktəbinin 1 nəfər məzunu qızıl medal almış və Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Məzunlardan 18 nəfəri respublikanın Ali Hərbi Akademiyasına və 9 nəfəri Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur.
Azərbaycan Respubllikası Prezidenti Admistrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş: 1. “Ülu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanının qurucusu və memarıdır, 2. “Ümummilli Lider Heydər Əliyev ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır mövzuları dərsdən kənar vaxtlarda Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə tədris olunmuşdur. Dərslərin yüksək səviyyədə tədrisini təmin etmək məqsədilə elmi nəzəri və metodiki hazırlığı ilə fərqlənən tarix müəllimləri bu işə cəlb olunmuşlar.
2012-ci ilin dekabr ayında Nazirlər Kabinetinin 374s saylı sərəncamı ilə yeni xəstəxana binasının tikintisinə rəy verilmiş, 2013-cü ilin iyun ayından etibarən yeni xəstəxana binasının tikintisinə başlanılmışdır. Yeni tikinti RMX-nın fəaliyyət göstərdiyi ərazidə aparıldığı üçün köhnə bina sökülmüş və bütün şöbələr şəhər ərazisində fəaliyyət göstərən digər səhiyyə müəssisələrində yerləşdirilmişdir.
2014-cü ildə Azərbaycan Respublikasi Prezidentinin tapşırıq və tövsiyyəsi əsasında rayon əhalisi kütləvi olaraq tibbi müayinələrə cəlb olunmuş, müayinələrdə rayon əhalisinin 70 faizdən çoxu iştirak etmişdir. Həmçinin rayonda keçirilmiş qan vermə aksiyasında 250 nəfərdən qan tədarük olunaraq respublika və Gəncə qan bankına göndərilmişdir.
İcra Hakimiyyəti, Qeyri Hökumət Təşkilatı və Yapon səfirliyi arasında aparılan işgüzar söhbətlərin nəticəsi olaraq Das Salahlı kəndində yeni həkim məntəqəsinin tikintisinə bu ilin fevral ayında başlanılması nəzərdə tutulmuşdur. .
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 2014-cü ildə 53 mədəni-kütləvi tədbir, bayram konsertləri, şənliklər, yubileylər, sərgilər, əlamətdar günlər, müsabiqələr keçirilmişdir.
Heydər Əliyev mərkəzində aparılan təmir işlərindən sonra mərkəzin fəaliyyəti daha da genişlənmiş, yeni dərnəklər və kursların yaradılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmasına böyük təsir göstərmişdir. Əhalinin bütün təbəqələri üçün ödənişsiz kompüter kursları təşkil edilmiş, insanların Heydər Əliyev Mərkəzinə marağını artırmaq üçün “Heydər Əliyev Məktəbi, “Toxuculuq kursları, “Dekorativ əl işləri, “Astronomiya dərsləri və s. kurslar açılmışdır.
Şöbə tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə lazım olan inventar və avadanlıqlar alınaraq təşkilatlara paylanılmışdır.
Dövlət Rəsm Qalareyasında istilik sistemi qurulmuş, Qazax şəhər 2 saylı, Ağköynək, Dəmirçilər, Ürkməzli, Çaylı, Kommuna, Orta Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli kənd mədəniyyət evlərinin oturacaq yerlərinin sayı artırılaraq 200-ə çatdırılmışdır.
Qazax rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısında 112 daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bunlardan 45-i memarlıq, 54-ü arxeoloji, 7-si monumental və xatirə, 5-i isə dekorativ tətbiqi sənəd nümunələridir.
Hörmətli toplantı iştirakçıları,
Qazax rayon Gənclər və İdman idarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Dövlət Gənclər siyasəti haqqında Qanununun və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ildə gənclərlə iş sahəsi üzrə 15, bədən tərbiyəsi və idman sahəsi üzrə 32 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 5372 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
2014-cü il ərzində beynəlxalq yarışlarda idmançılarımız 25, Respublika yarışlarında isə 63 dəfə mükafata layiq yerlər tutmuşlar. İdmançılarımızdan Qismət Vəkilov,Əfqan Xaşalov, İsrafil Məmmədov, Kübrə Babayeva, Pənahzadə Tapdıq, Nizami Qasımov, Mahir Əmiraslanov və Nemət Vəkilov daha yaxşı nəticələr göstərmişlər.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vetaran idmançı Həsənov Rafiq Binnıt oğlu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adina layiq görülmüş, Gənclər və İdman Nazirliyinin əmri ilə Əliyev Azər, Pəlilov İsrail və İsmayılov Fazil Azərbaycan Respublikasının əməkdar məşqçisi adına layiq görülmüşlər.
Rayonda 7 siyasi partiya, 23 ictimai birlik və 4 dini icma fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının 7166 nəfər, digər partiyaların isə cəmi 390 nəfər üzvü vardır. Fəaliyyət göstərən İctimai siyasi birliklər, dini icmalar KİV-lər haqqında məlumat bazasının təkmilləşdirilməsi, toplanmış materialların təhlili istiqamətində xeyli işlər görülmüşdür. Hesabat ilində “Göyəzən rayon qəzeti redaksiyası tərəfindən görülmüş işlərin vəziyyəti qənaətbəxş olmuşdur.
2014-cü ildə gənclərin ordu sıralarına çağırışı və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müvafiq sərəncamlarına əsasən 2014-cü il ərzində hərbi hissələrə təyin edilmiş çağırışçıların təyin olunduqları hərbi hissələrə vaxtında göndərilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 2014-cü ildə 2013-cü ilin aylıq ödənişlərindən 3 dəfəyə yaxın çox vəsait köçürülmüşdür.
Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də yerli İcra Hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Qazax rayonu ərazisində 2014-cü ildə 147 cinayət hadisəsi baş vermişdir. Qeydə alınmış cinayətlərin 92,1 faizinin açılması təmin olunmuş, 7 cinayət işi bağlı qalmışdır. 2014-cü ildə istintaq və məhkəmə orqanlarından yayınan 21 nəfər şəxs axtarışda olmuş, keçirilmiş tədbirlər nəticəsində onlardan 15-i tutularaq aidiyyəti orqanlara təhvil verilmişdir.
Hesabat dövrü ərzində 11 narkotik faktı aşkar edilmiş, 427,244 qram narkotik vasitə dövriyyədən çıxarılmışdır.
2014-cü ildə ANAMA təşkilatı tərəfindən 48 ədəd müxtəlif növ hərbi sursat zərərsizləşdirilmişdir.
Şəhərin və rayonun kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin və yerli İcra Hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyətində müsbət dönüş yaradılmışdır. Bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə olunmasına müntəzəm nəzarət olunmuşdur.
2015-cü ildə də qarşımızda bir çox vəzifələr durur. Rayonun sosisal-iqtisadi inkişafı, tikinti və abadlıq sahəsində bir sıra işlərin görülməsi və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hörmətli toplantı iştirakçıları !
Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin etmək istəyirik ki, 2015-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvəmizi səfərbər edərək daha uğurlu nəticələr əldə edəcəyik və Dövlət Başçısının Qazax rayonuna göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik.
Yığıncaqda Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Rayon Mərkəzi Xəsdəxanasının baş həkimi Arzu Novruzov, Qazax Elektrik Şəbəkəsinin rəis əvəzi İbadət Göşşüyev, Su-Kanal İdarəsinin rəisi Abdulla Qocayev, çıxış etmişlər.
Milli Məclisin deputatı İlyas İsmayılov çıxışında 2014-cü ilin ölkəmiz üçün çox uğurlu olduğunu, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, iqtisadiyyatın şaxələndirildiyini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını və məmur - vətəndaş münasibətlərinin düzgün qurulması məsələlərini qeyd etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxışında Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişafın təmin edildiyini, Qazax rayonunda görülmüş işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırmış və rayonun icra orqanlarının qarşısında duran vəzifələrdən danışmışdır.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınıa müraciət qəbul olunmuşdur.