Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli əhəmiyyətli yollar yenidən qurulur

28 dekabr 2018 | 16:00

Son bir neçə ildir istər respublika, istərsə də yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində xeyli işlər görülür. Yol infrastrukturunun inkişafı  istiqamətində görülən işlər həm əhalinin rahatlığını təmin edir, həm də regionların iqtisadiyyatını sürətləndirir.
Qazax rayonunda da bu istiqamətdə xeyli tədbirlər həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli,Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Hüseunbəyli və Cəfərli kəndlərinə asfalt yollar çəkilmişdir. Eyni zamanda gələn il  çəkilməsi nəzərdə tutulan 16 kilometrlik Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun artıq 5,1 km (Ürkməzli-Dəmirçilər) hissəsində yenidənqurma işləri başa çatmışdır.
Rayon mərkəzində də küçələr təmir edilir. Artıq bir sıra küçələrdə, eləcədə N.Nərimanov yaşayış massivindəki ərazilərə çınqıl tökülərək cari təmir işləri aparılmışdır.

Sabir Əliyev,

"Azərbaycan"

28.12.2018-ci il 

 

Keçidlər