Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda istixanaların sayı getdikcə artır

03 yanvar 2019 | 16:00

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da sahibkarlara və fermerlərə lazımi bütün şərait yaradılır. Son iki il yarımda rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda əkin sahələrinin hektarı ildən-ilə genişləndirilir.
Bu gün isə sevindirici haldır ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı getdikcə artır. Yeni yaradılmış bu istixanalar eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup nümayəndənin iştirakı ilə fermerlər və onların yeni yaratdığı təsərrüfatlarla tanışlıq məqsədilə rayonda yaradılmış istixanalarda olublar.
Çaylı kəndində Anar Əfəndiyevə məxsus yeni yaradılan istixanada görülən işlərlə tanış olan rayon rəhbərliyinə məlumat verilib ki, istixananın sahəsi 0,55 ha. Təsərrüfat rəhbəri qeyd edib ki, yeni yaradılan bu istixanada pomidor yetişdirilməsi nəzərdə tutulub. A.Əfəndiyev təsərrüfata müasir standartlara və aqrotexniki qaydalara uyğun xidmət göstərilməsi üçün lazımi hazırlıq işlərinin də görüləcəyini bildirib.
İstixanada görülən işlərlə tanış olan M.Alıyev öz tapşırıq və tövsiyələrini verib, gələcək işlərində ona uğurlar arzulayıb.

Keçidlər