Konfrans keçirilmişdir
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Qazax rayon təşkilatının IV konfransı keçirilmişdir. Tədbirdə YAP Qazax rayon təşkilatının Gənclər Birliyinin ərazi ilk partiya təşkilatlarının sədrləri, gənc fəallar, QHT və KİV nümayəndələri iştirak etmişdir. Konfransı giriş sözü ilə YAP Gənclər Birliyinin Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov açmış və hesabat dövründə görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir. Məruzədə Gənclər Birliyinin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışılmışdır.
Sonra çıxışlar olmuşdur. YAP Qazax rayon təşkilatının Gənclər Birliyinin Sement zavodu ərazi ilk partiya təşkilatının sədri Zaur Əliyev, YAP Gənclər Birliyinin Qazax rayon təşkilatının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı ərazi ilk partiya təşkilatının sədri Sənəm Namazova, YAP Gənclər Biriliyi Qazax rayon təşkilatının idarə heyətinin üzvü Emin Mustafayev, YAP Gənclər Biriliyi Qazax rayon təşkilatının Qazax Dövlət Sosial İqtisad Koleci ərazi ilk partiya təşkilatın sədr müavini Aqşin Əzizov və başqaları çıxış etmişlər.
Sonra təşkilati məsələlərə baxılmışdır. YAP Gənclər Biriliyi Qazax rayon təşkilatının yeni şura üzvləri, idarə heyyətinin tərkibi, YAP Gənclər Biriliyi Qazax rayon təşkilatının sədr və müavinləri və həmçinin YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilmişdir.
Konfransın işində YAP-nın İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov və YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov iştirak etmişdir.