Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir çoxmənzilli binanın əsaslı təmirinə başlanılıb

07 yanvar 2019 | 16:00

2018-ci il Qazaxda bir çox sahələrdə olduğu kimi, çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması sahəsində də uğurlu nəticələrlə yadda qaldı. Belə ki, yola saldığımız həmin ildə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığı Qazax rayonunda əhalinin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görüldü.
Son iki il yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın düzgün icra edilməsinin nəticəsidir ki, 2017-ci ildə 78, 2018-ci ildə isə daha 51 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparıldı.  4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikildi və ya əsaslı təmir olundu. Ümumiyyətlə, bu gün rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdəndir.
Təkcə 2018-ci ildə əsaslı təmirdən sonra istifadəyə verilən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli, N.Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli, dörd bloklu, 1 saylı, Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 32 ailənin, 92 sakinin yaşadığı "Oxumaq-oxumaq” adlanan çoxmənzilli yaşayış binaları bu dediklərimizin əyani sübutudur.
Başa vurduğumuz 2018-ci il dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə də əlamətdar oldu. Məhz həmin Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 mənzilli və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binaların dam örtüklərinin dəyişdirilməsi görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Hazırda isə dam örtüyü dəyişdirilmiş Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, 100-ə yaxın sakinin yaşadığı çoxmənzilli binada əsaslı təmir işlərinə başlanılıb.
Bu gün rayon rəhbərliyi binada görülən işlərlə tanış olublar. Məlumat verilib ki, artıq bir həftədir ki, binanın bloklarında təmir işlərinə başlanılıb. İki blokda köhnə suvaqlar çapılaraq yenilənib və üzlük vurulması işi aparılır. Digər 1 blokda isə köhnə suvağın tökülməsi başa çatmaq üzrədir.
Bina sakinləri də respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işləri, xüsusilə də çoxmənzilli binaların təmir olunmasını yüksək qiymətləndirirlər. Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər