Şriftin ölçüsü :

Saytın rəngi :

Təmizlik işləri başa çatıb

12 yanvar 2019 | 16:00

Bu gün Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı şəhərin təmizliyi də daim diqqət mərkəzində saxlanılır. Son iki il yarımda rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmizliyinə xüsusi diqqət ayrılmasının, rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinin, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin vaxtlı-vaxtında götürülməsinin nəticəsidir ki, bu gün Qazax "Təmiz şəhər” elan olunub.
Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2018-ci il tarixli, 7s nömrəli Sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur.  Bundan əlavə, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır, məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır.
Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə görülən işlərdən biri də rayonun  Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış zibil poliqonun yaradılması və həftədə bir dəfə həmin poliqonda traktorla təmizlik işlərinin aparılmasıdır.
Bundan əlavə, poliqonda məişət tullantıları üçün ayrılmış sahənin ətrafına 60 ədəd dəmir dayaq basdırılaraq 320 metr uzunluğunda dəmir tor çəkilib.

 

 

Keçidlər