Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə Qarnizonu Zabitlər evində musiqi müsabiqəsi keçirilib

12 yanvar 2019 | 16:00

Bu gün Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Şəmkir şəhərində hərbi qulluqçular və mülki gənclər arasında “Gənclər Günü”nə həsr olunmuş musiqi müsabiqəsinin 1-ci turunun ilk konserti keçirilib.
Keçirilən tədbirin əsas məqsədi milli mədəniyyətin və incəsənətin, hərb ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və yaradıcılıq bacarıqlarının inkişafı, eləcə də hərbi kollektivlərin möhkəmlədirilməsi olub. Eyni zamanda, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının mədəni keçirilməsinin təşkili, hərbi ənənələrin təbliği ilə yanaşı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi təşkil edib.
Müsabiqəyə Qazax və Gədəbəy rayonlarından olan gənclər, eləcə də hərbi qulluqçular qatılıb. Hərbi qulluqçular və gənclər müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər.
Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib.
Müsabiqədə 154 nəfər iştirak edib. Onlardan 78 nəfəri maksimal bal toplayaraq müsabiqənin növbəti turuna keçiblər.
Müsabiqədə rayonumuzu Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin müəllim və şagird kollektivi, şəhər 1,2,3 və 4 saylı tam orta məktəblərin şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri təmsil ediblər.
Qazax RİHB Aparatının məsləhətçi-psixoloqu Kəmalə Cəfərova və gənc rəssam Akif Əmirovun rəhbərliyi altında müsabiqəyə qatılan iştirakçılar birinci turdan müvəffəqiyyətlə keçərək yarım final mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər