Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasının premyerası olmuşdur
05 mart 2015 | 16:00
Qazax Dövlət Dram Teatrı 77-ci mövsümə yeni premyera ilə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərinin tamaşası ilə tamaşaçıların görüşünə gəlmişdir.
Tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədov və tamaşanın musiqi tərtibatıçısı Aybəniz Qurbanovadır.
Rollarda Hacı Hacıyev - Həsənzadə, Zəmanə Orucova - Nargilə, Xanım Məmmədova - Nəzakət, İlqar Hacəliyev - Fərəc, Nəsimi Kamaloğlu - Fərəcov, Turac Mahmudova - Sarısaç qız, Arif Almədədov - Yaşlı kişi obrazlarını canlandırmışlar.
Lirik-psixoloji janrda olan əsər tamaşaçıların böyük marağına səbəb olmuş və alqışlarla qarşılanmışdır.