Vətəndaşların müraciətinə yerində baxılıb
Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də hər zaman diqqət mərkəzində saxlanılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bunun əyani göstəricisidir. Məhz bunun nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir. Rayon rəhbərinin qaldırılan hər bir məsələyə xüsusi həssaslıqla yanaşması və yerində baxış keçirməsi isə artıq bir ənənə halını alıb.
Rayon rəhbərinin bu gün qəbul zamanı torpaq məsələsi ilə bağlı müraciət etmiş Daş Salahlı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Kərimov Mahmud Yasin oğlunun istəyini nəzərə alaraq yerində baxış keçirməsi, vətəndaşın ünvanladığı məsələyə operativ şəkildə baxılması rayonda vətəndaşa olan qayğının bariz nümunəsidir.
Vətəndaşın müraciətinə əsasən yerində baxış keçirən icra başçısı qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.