Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun çəkilişinə başlanılıb
Son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu addımlardır. Təqdirəlayiq hallardan biri də odur ki, yol infrastrukturu ilə bağlı həyata keçirilən tədbirlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində də uğurla icra olunur.
Həmin Dövlət Proqramı çərçivəsində Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisi də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Şıxlı kəndində yol çəkilişi ilə bağlı görülən işlərlə tanış olub.
Layihə rəhbəri 3 il müddətində çəkilməsi nəzərdə tutulan yeni avtomobil yolunun tikintisi üçün “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən lazımi işlərin görüldüyünü bildirib.