Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanlar onların qeydinə qalan dövlət başçısına dərin minnətdarlıqlarını bildirirlər

29 mart 2015 | 16:00

Azərbaycanda ardıcıl olaraq ikinci ildir ki, əhalinin pulsuz tibbi muayinəsi aparılır. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən respublika əhalisinin ümumi proflaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayon əhalisinin tibbi müayinəsinin  təmin edilməsi davam etdirilir.
   Fevralın 03-dən bu günədək 39913 nəfər rayon sakini müayinə olunmuşdur. Müayinə zamanı 3855 nəfərdə xəstəliklərin ilkin əlamətləri aşkarlanmış, 3269 nəfərə ambulator müayinə təyin edilmiş, 586 nəfər müvafiq xəstəxanalara göndərilmişdir.
    Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək qiymətləndirərək onların hər zaman qeydinə qalan dövlət başçısına dərin minnətdarlıqıarını bildirirlər.
     Rayonda əhalinin tibbi müayinəsi davam etdirilir.

Keçidlər