Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazaxda rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək keçirdiyi fərdi qəbullar artıq bir ənənə halını alıb. Fərdi qəbulların keçirilməsi isə bir amala xidmət edir ki, onun da kökündə sakinlərin qayğıları, arzu və istəkləri, vətəndaşları narahat edən məsələləri dinləmək və öz müsbət həllini tapmasına kömək etmək dayanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
Şəhər sakinləri Abbasova Gülsüm Abdulla qızı oğlunun, Muradov Rəhim Murad oğlu gəlini və oğlunun, Kosalar kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Nəsibov Xəqani Fazil oğlu həyat yoldaşının, Hüseynbəyli kənd sakinləri Qurbanov Elmar Vaqif oğlu və Məmmədov Yaşar Göycə oğlu özlərinin işlə təmin olunmaları barədə müraciət ediblər. Sakinləri dinləyən rayon rəhbəri müvafiq işlə təmin olunmaları üçün aidiyyəti üzrə tapşırıq verib.
Şəhər sakini Yusifova İlhamə Nazim qızı isə evinə qaz xəttinin çəkilməsinə və təmirinə köməklik olunmasını bildirib. Vətəndaşın istəyini diqqətlə dinləyən icra başçısı yerində baxış keçirilməsini qeyd edib və aidiyyəti üzrə tapşırıq verib.
Aşağı Salahlı kənd sakini, Aprel döyüşünün iştirakçısı Salmanov Səxavət Dərviş oğlunun mənzillə təmin olunması barədə müraciətini dinləyən rayon rəhbəri qaldırılan məsələyə baxılacağını bildirib.
Şəhər sakinləri Mahmudlu Sevinc Nofəl qızının, Ağakişiyev Tural Eldəniz oğlunun, Məzəm kənd sakini, şəhid bacısı, II qrup əlil Abbasova Kəklik İsə qızının, Çaylı kənd sakinləri Hüseynəliyev Nofəl Əlipaşa oğlunun, Şıxıyeva Lamiyyə Adil qızının, Əkbərov Saməddin Alhüseyn oğlunun, Alpout kənd sakini Osmanov Səhlədar Hidayət oğlunun, Yuxarı Salahlı kənd sakini Məmmədova Nəsrin Mansur qızının, Barxudarlı kənd sakini Abdullayeva Əminə Kamran qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.