Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələrə qayğı daim diqqət mərkəzindədir

11 fevral 2019 | 16:00

Son illər Respublika Prezdenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da uğurla icra olunur. Ölkəmizdə dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının sayı gündən-günə artır.
Bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırılması və körpə fidanların istifadəsinə verilməsi bunun əyani sübutudur. Şəhər bağçalarından 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçaların bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin mərkəzində yerləşən və ötən ayın 21-də istifadəyə verilən 90 yerlik 6 saylı körpələr evi-uşaq bağçasında olub.
Yeni bağçada olan qonağa məlumat verilib ki, 2 böyük, 2 orta və 1 kiçik olmaqla 5 qrup fəaliyyət göstərir. Bağçada yüksək səviyyədə müdir otağı, tibb otağı, xidmət otağı, musiqi otağı, camaşırxana, anbar və mətbəx də əsaslı şəkildə təmir olunaraq körpələrin istifadəsinə verilib. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub. Bundan əlavə, bağçanın həyətində gözətçi otağı tikilib.
Bildirilib ki, körpələrin keyfiyyətli ərzaqla təmin olunması, uşaqlara göstərilən diqqət və qayğı da daim diqqət mərkəzindədir. Rayondakı bütün bağçalar kimi, bu bağça da ərzaqla tam təmin olunur. Bundan əlavə, uşaqların tibbi müayinə olunmasına daim nəzarət olunur.
Bağçanın müəllimləri, tərbiyəçiləri yaradılan şəraitə, uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıqlarını çatdırıblar.

Keçidlər