Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

12 fevral 2019 | 16:00

Bu gün respublikamızda dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü siyasətin kökündə vətəndaş amili dayanır. Bütün sosial layihələr, yaradılan geniş imkanlar vətəndaş məmnunluğunun təmin olunmasına yönəlib. Son iki il yarımda Qazaxda rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək keçirdiyi fərdi qəbullar bir amala xidmət edir ki, onun da kökündə sakinlərin qayğıları, arzu və istəkləri, onları narahat edən məsələlər dayanır. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib. Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovun da iştirak etdiyi fərdi qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib.
Şəhər sakinləri III qrup əlil Alıyeva Elnurə Qeys qızının və Bayramova Niyar Məhəmməd qızının həyətyanı torpaq sahəsi ilə təmin olunmaları barədə istəklərini dinləyən rayon rəhbəri aidiyyəti üzrə bələdiyyəyə müraciət etmələrini bildirib.
Şəhər sakinləri Məmmədova Etera Məhəmməd qızının, Həsənova Hava Slavik qızının, Omarova Günel Şadət qızının, Bağanıs Ayrım kənd sakini Adıgözəlova Kəmalə Bəhmən qızının işlə təmin olunmaları barədə müraciətlərinə cavab olaraq rayon Məşğulluq Mərkəzində qeydiyyata düşmələri bildirilib və xalça müəssisəsində iş təklif olunub.
Ağköynək kənd sakini Abdullayev Mahir Qara oğlu isə evinin təmiri üçün tikinti materiallarına köməklik olunmasını bildirib. Vətəndaşın istəyini dinləyən icra başçısı köməkdarlıq olunması ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Yuxarı Salahlı kənd sakini Məmmədova Nəsrin Mansur qızının, Qarapapaq kənd sakini Yusifbəyli Əzim Şahbəddin oğlunun və Cəfərli kənd sakini Mustafayev Afiq Xaliddin oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər