Birinci Şıxlı kəndində maarifləndirici tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Birinci Şıxlı kəndində “Azərbaycan var olsun” layihəsi çərçivəsində maarifləndirici görüş-toplantı keçirilib. Əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirilən tədbirdə “Mənəvi dəyərlərin təbliğində yerli faktorların nəzərə alınması” mövzusu barədə söhbət aparılıb.
Qazax RİHB aparatında İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb, mövzu barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, Qazax Cümə Məscidinin imamı İlham Süleymanov, RİHB-nin Birinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev və başqaları mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.