Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda forum keçirilmişdir

09 aprel 2015 | 15:00

Aprelin 9-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qazax rayonunun Ağköynək kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə geniş məlumat verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin hazırlanıb təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların invenstisiya layihələrinin maliyyələşdirilməsi və digər məsələlər olmuşdur. Foruma bank rəhbərləri, bələdiyyə sədrləri və 80-ə yaxın sahibkar dəvət olunmuşdur.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış və respublikamızda, eləcə də  rayonumuzda sahibkarlığın inkişafı ilə bağlı dövlət səviyyəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə forum iştirakçılarına ətraflı məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı Elnur Abbasov  çıxış edərək Qazaxda  həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin hazırlanıb təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi və digər məsələlər barədə danışmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev öz çıxışında sahibkara güzəştli kreditin verilməsi  mexanizmi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və digər məsələlər barədə məlumat vermişdir. Bildirmişdir ki,  Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev  2015-ci ilin ötən dövrü ərzində 1410 sahibkara 43,4 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlərdən istifadə etməklə  investisiya layihələrinin reallaşdırılması  3200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək  Gəncə-Qazax iqtisadi rayonunda  fəaliyyət göstərən  sahibkarlıq subyektlərinin 5145 investisiya  layihəsinin maliyyələşdirilməsinə 186,1 milyon manat güzəştli kredit  verilmiş,  digər sahələrlə yanaşı, müasir texnologiyaların  tətbiqinə əsaslanan logistic  mərkəzlərin,  taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu  heyvandarlıq  komplekslərinin, çörək  zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin  yaradılması və s. sahələr üzrə  investisiya  layihələri maliyyələşdirilmiş,  23400-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
Forum çərçivəsində Qazaxda  güzəştli kredit ayrılmış  meyvə-tərəvəz   Konserv zavoduna  və 80 ha  sahədə kartof əkini işlərinə baxış keçirilmişdir. İldə 39,5 min ton konserv məhsulları istehsal  etmək gücündə olan bu  zavod Gürcüstan Respublikasında yaşayan  soydaşlarımızın istehsal  etdikləri kənd təsərrüfatı məhsullarını da tədarük edəcəkdir.
Sonra foruma dəvət olunmuş sahibkarlar çıxış etmişlər və bir sıra təkliflər vermişlər. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə kiçik emal sexlərinin yaradılmasına ehtiyac olduğunu söyləmişlər.
Tədbirə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov yekun vuraraq sahibkarlığın inkişafına kömək məqsədilə rayonda görülmüş işlərdən və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.

Keçidlər