Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax rayonunda vətəndaş amilinin daim diqqət mərkəzində saxlanıldığını keçirilən səyyar görüşlərdən, vətəndaşların fərdi şəkildə qəbul edilmələrindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin siyasətinin əsasını təşkil edən bu cür qəbulların keçirilməsi bir məqsəd daşıyır ki, onun da arxasında xalqa xidmət dayanır.
Qazaxda vətəndaşların fərdi şəkildə qəbul edilmələri, sakinlərin rahat şəkildə öz arzu və istəklərini çatdıra bilmələri onlara olan qayğının bariz nümunəsidir. Keçirilən hər bir fərdi görüş vətəndaşları narahat edən məsələlərin öz müsbət həllini tapması deməkdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Çaylı kənd sakinləri Məmmədova Könül Fəzail qızı və Məmmədova Aynurə Vahid qızı şəhid olmuş dayıları Ayvazov Yusif Süleyman oğluna görə ödəniləcək 11 min manat məbləğində birdəfəlik ödəmə ilə bağlı müraciət ediblər.
Rayon rəhbərliyi aidiyyəti şəxslərin iştirakı ilə vətəndaşları diqqətlə dinləyib. Məsələ ilə bağlı onlara qanunamüvafiq qaydada ətraflı izahat verilib. Qaldırdıqları məsələ ilə bağlı aidiyyəti üzrə lazımi orqanlara müraciət etmələri tövsiyə olunub.
İkinci Şıxlı kənd sakini Nəsibov Vaqif Aslan oğlunun torpaq məsələsi ilə bağlı müraciəti də vətəndaşa ətraflı şəkildə izah edilib.