Qazaxda Novruz yarmarkası keçiriləcəkdir
Ən qədim bayramımız olan Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazaxda “Novruz” yarmarkası keçiriləcəkdir.
Qazax şəhərindəki Təzə Bazarda təşkil olunacaq yarmarkaya 15 mart 2019-cu il tarixdən start veriləcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təzə Bazarda olub, mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbəri yarmarkanın yüksək səviyyədə təşkil olunması, istehsalçıların məhsullarının daşınması, yerləşdirilməsi üçün lazımi şəraitin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə xüsusi diqqət yetirilməsini, bazarla müqayisədə yarmarkada qiymətlərin daha əlverişli olmasını bildirib.
Məlumat üçün bildirək ki, mart ayının 15,16,17,18,19 tarixlərində keçiriləcək yarmarkanın imkanlarından rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər faydalana bilərlər.