Toplantı keçirilmişdir
Qazaxdakı Ədəbiyyat Muzeyində Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gənclər və yeniyetmlər arasında narkomaniyaya qarşı mübarizə” mövzusunda toplantı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti və rayon hüquq mühafizə orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət işçiləri, gənclər və yeniyetmələr, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Toplantını giriş sözü ilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zöhrab İsmayılov açmış və məruzə ilə çıxış etmişdir. Narkomaniyaya qarşı mübarizə sahəsinə görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən danışmış və bildirmişdir ki, son illər rayonun hüquq mühafizə orqanları tərəfindən narkomaniyaya qarşı aparılmış ardıcıl mübarizə və həyata keçirilmiş tədbirlər nəticəsində bu cür halların sayı xeyli azalmışdır .
Mövzu ətrafında çıxışlar olmuşdur. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev, rayon prokurorunun müavini Rəfayıl Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının sədri Xasay Balayev, Qazax şəhər 3 saylı orta məktəbin direktoru Vüqar Xasməmmədov, narkoloq həkim Nahidə Osmanova və başqaları çıxış etmişlər. Narkomaniyanın proflaktikası, ona qarşı mübarizənin yolları haqqında maraqlı fikirlər söyləmişlər və öz mülahizələrini bildirmişlər.