Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Novruz yarmarkası davam edir

17 mart 2019 | 16:00

Qarşıdan milli və qədim bayramımız olan Novruz bayramı yaxınlaşır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu bayrama xüsusi hazırlıq işləri görülür. Bayram tədbirləri ilə yanaşı, rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində təşkil olunan "Novruz” yarmarkası da həmin işlərin bariz nümunəsidir.
Martın 15-dən Qazax şəhərindəki Təzə Bazarda start götürən Novruz yarmarkasına müxtəlif çeşiddə məhsullar çıxarılıb.  Bütün məhsullar bazar qiymətlərindən aşağı qiymətə satılır. Hətta, quzu əti alıcılara 10 manata, mal əti isə 8 manata təklif olunur.
Bugünkü yarmarkada alış-veriş edən sakinlər yarmarkanın təşkilindən, satışa çıxarılmış məhsulların çeşidlərindən və qiymətlərindən razı qaldıqlarını söyləyərək ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, yarmarkanın keçiriləcəyi ərazidə səliqə-səhman və abadlıq işləri aparılıb. Ümumilikdə, yarmarkanın rayon ərazisində yüksək səviyyədə təşkil olunması, istehsalçıların məhsullarının daşınması və yerləşdirilməsi, satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə xüsusi diqqət yetirilməsi, bazarla müqayisədə yarmarkada qiymətlərin daha əlverişli olması üçün hər cür şərait yaradılıb.
15 mart 2019-cu il tarixdən başlayan  yarmarka martın 18 və 19 tarixlərində də təşkil olunacaq. Yarmarkanın imkanlarından rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər faydalana bilərlər.

17 mart 2019-cu il tarixdə keçirilmiş ərzaq satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur

S/N

Yarmarkanın keçirildiyi  ünvan

Məhsulun adı

Ölçü vahidi (kq, litr, ədəd, dəstə)

Qiyməti

(manatla)

1.

Qazax şəhəri, Ə.Şıxlinski küçəsi “Təzə bazar”

Mal əti

kq

8

 

 

Quzu əti

kq

10

 

 

Kənd cücəsi

ədəd

4,00-5,00

 

 

Balıq

kq

4,00-6,00

 

 

Qoz

kq

3

 

 

Fındıq

kq

2,50

 

 

Üzüm

kq

1,20

 

 

Alma

kq

0,30-2,5

 

 

Nar

kq

1,50-3,00

 

 

Mandalin

kq

1,20-2,00

 

 

Apelsin

kq

1,30-2,00

 

 

Banan

kq

2,20

 

 

Heyva

kq

1,50

 

 

Limon

kq

1,80

 

 

Turp

kq

0,20

 

 

Kök

kq

0,50

 

 

Göyərti

dəstə

0,10-0,25

 

 

Çuğundur

kq

0,50

 

 

Bibər

ədəd

0,15

 

 

Kartof

kq

0,60

 

 

Soğan

kq

0,70

 

 

Kələm

kq

0,60-0,70

 

 

Pomidor

kq

3

 

 

Xiyar

kq

2-2,50

 

 

Kənd yumurtası

ədəd

0,15

 

 

Pendir

kq

3,00-4,00

 

 

Süd

litr

0,70

 

 

Qatıq

litr

0,70

 

 

Süzmə

kq

0,60-1,00

 

 

Şor

kq

1,80

 

 

Qaymaq

kq

4,00

 

 

Bal

kq

20-25

 

 

Noxud

kq

2,50

 

Keçidlər