Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli binaların təmiri uğurla davam etdirilir

19 mart 2019 | 16:00

Bu gün Qazax rayonunda bütün sahələrlə yanaşı, ölkə rəhbərinin müvafiq Sərəncamlarına əsasən çoxmənzilli binaların əsaslı təmir olunması sahəsində də məqsədyönlü işlər görülür. Bu sahənin daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunan binalar sırasındadır.
Son 3 ildir ki, çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri bu il də davam etdirilir. Belə ki, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə təmir işləri yekunlaşıb.
Təmir işləri başlayan ilk gündən çoxmənzilli binalarda görülən işləri daim diqqət mərkəzində saxlayan rayon rəhbəri mütəmadi olaraq həmin binalarda olur, işlərin keyfiyyəti ilə maraqlanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Azadlıq küçəsi 107, Heydər Əliyev prospektində yerləşən 173 və 175 saylı binalarda aparılan abadlıq işləri ilə tanış olub. Rayon rəhbərinə bildirilib ki, bütün binalarda işlərin böyük hissəsi görülüb, demək olar ki, yekunlaşmaq üzrədir. Blokların əksəriyyətində alt və üst suvaq vurulub, boyaq işlərinə tam hazırdır. Eyni zamanda, binanın xarici fasadında alt suvaq vurulub, hazırda üzlük vurulması işlərinə başlanılıb.
Sonra icra başçısı dam örtükləri dəyişdirilən Azadlıq küçəsi 32 və 33 saylı binalarda da olub. Görülənişlərin keyfiyyəti ilə maraqlanıb, lazımi tapşırıq və tövsiyələrini verib.
Bina sakinləri Qazaxda görülən genişmiqyaslı işləri, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri, xüsusilə də yaşadıqları çoxmənzilli binaların təmirini yüksək qiymətləndirdiklərini qeyd ediblər və buna görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər