Azərbaycan Respublikası Prezidentinin Sərəncamı icra olunur
Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 23 fevral 2015-ci il tarixli, 1060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər Müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olumasına tədbirlər planı”nın icrası ilə əlaqədar Qazax rayonunda da tədbirlər planına uyğun olaraq bir sıra işlərin həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə rayonda müvafiq tədbirlər planı işlənib hazırlanmış və Rayon İcra Hakimiyyəti başçısının 12 mart 2015-ci il tarixli, 20/30 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda, əmək kollektivlərində, Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş tədbirlərin (görüş, dəyirmi masa, bədii proqramlar) keçirilməsinə, müharibədə qələbəyə həsr olunmuş əsərlərin, foto materialların, kitabların sərgisinin təşkilinə, rayonun təhsil müəssisələrində, eləcə də hərbi hissələrdə 1941-1945-ci illər müharibəsinin iştirakçıları ilə görüşün, idman tədbirlərinin keçirilməsinə, Böyük Vətən Müharibəsinin 90 yaşına çatmış veteranlarının yubileylərinin təşkil edilməsinə başlanılmışdır.
Həmin tədbirlər çərçivəsində Böyük Vətən Müharibəsi iştirakçısı Süleymanov Xanqulu Dursun oğlunun 90 illik yubileyi də keçirilmişdir. Tədbiri giriş sözü ilə Qazax rayonu İcra hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, Qələbənin 70 illiyi münasibətilə bütün xalqımızı, müharibə iştirakçılarını və 90 illik yubileyi münasibətilə Xanqulu Süleymanovu təbrikl etmiş, ona uzun ömür, möhkəm can sağlığı arzulamışdır. Tədbir iştirakçılarına onun keçdiyi döyüş yolu və əmək fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Xanqulu Süleymanov 1925-ci il aprel ayının 25-də Qazax rayonunda anadan olmuşdur. Vətənin başı üstünü qara buludlar alan vaxt, 16 yaşında könüllü olaraq ordu sıralarına daxil olmuşdur. Onun döyüş yolu 77-ci Qırmızı Bayraqlı Azərbaycan deviziyasının tərkibində Azov dənizindən başlamışdır. Sonra IV Ukrayna cəbhəsində Kerç, Sevastopol şəhərlərinin və Krımın azad olunması uğrunda gedən ölüm-dirim savaşlarında iştirak etmişdir. Daha sonra I Pribaltika cəbhəsində Lvov şəhərinin azad olunmasında iştirak etmiş və 1945-ci ilin fevral ayında ağır yaralanmışdır. Müalicə olunduqdan sonra ordu siralarından tərxis olunmuşdur.
X.Süleymanov ordu sıralarında olduğu vaxt göstərdiyi igidliyə və qəhrəmanlıqlara görə “Qırmızı ulduz”, “I dərəcəli Böytük Vətən Müharibəsi” ordenləri, “İgidliyə görə” və Qələbənin ildönümləri ilə bağlı müxtəlif medallarla təltif olumuşdur.
X.Süleymanov ordudan tərxis olunduqdan sonra ali təhsil almış və əmək cəbhəsində fəaliyyətə başlamışdır. Uzun müddət Azərbaycanın bir sıra rayonlarında bank sistemində çalışmışdır. Qüsursuz fəaliyyətinə görə 1985-ci ildə SSRİ Dövlət Bankı İdarə Heyətinin və SSRİ Həmkarlar İttifaqının qərarı ilə “SSRİ Dövlət Bankı əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan müstəqil olduqdan sonra 1991-1994-cü illərdə Qazaxbəyli sovxozunun direktoru vəzifərində işləmişdir. Onun işlədiyi dövrdə sovxoz ziyanla işləyən təsərrüfatdan gəlirlə işləyən təsərrüfata çevrilmişdir.
Hazırda Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranı İctimai Birliyinin Qazax rayon şöbəsinin sədridir, təcrübəsini gənclərdən əsirgəmir və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışır.
Çıxışlar olmuşdur. Çıxış edənlər Xanqulu Süleymanovun 90 illiyi münasibətilə təbrik etmişlər və ona can sağlığı arzulamışlar. Sonda Xanqulu Süleymanov çıxış etmiş, ona və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyev cənablarına, dövlətimizə və Rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlığını bildirmişdir. Ölkəmizin inkişafı üçün bundan sonra da öz qüvvə, bilik və bacarığını əsirgəməyəciyini söyləmişdir. .
X.Süleymanov 90 illik yubileyi və rayonun sosial-iqtisadi həyatında fəal iştirakına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətinə görə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, ona qiymətli hədiyyə və pul mükafatı verilmişdir.