Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə rayon rəhbəri tərəfindən keçirilən səyyar görüşlər, fərdi qəbullar bir amala xidmət edir ki, onun da kökündə sakinlərin qayğıları, onları narahat edən məsələlər dayanır. Tam əminliklə deyə bilərik ki, ölkə başçısının da söylədiyi kimi xalqa xidmət prinsipinə söykənən bu cür görüşlərin keçirilməsi öz müsbət nəticəsini verir. Bu gün hər bir rayon sakininin etdiyi müraciət öz müsbət həllini tapırsa, qaldırdığı hər hansı bir məsələyə operativ şəkildə baxılırsa, mümkün olan qədər köməklik olunursa, həlli vacib olan məsələlərə diqqətlə yanaşılırsa, bu, vətəndaşla dövlət məmuru arasında olan səmimi münasibətdən, ən əsası da vətəndaşın dövlətə olan inamından xəbər verir. Eyni zamanda, dövlətin hər zaman öz vətəndaşının yanında olması deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər sakini Musayev Anar Nüsrəddin oğlunun, Aşağı Əskipara kənd sakini Nəsibova Esmira Elman qızının, Yuxarı Əskipara kənd sakini İsayeva Kamilə Telman qızının mənzillə təmin olunmaları barədə müraciəti dinləyən rayon rəhbəri boş yer yaranan zaman baxılacağını bildirib.
Şəhər sakini Bayramova Kəklik İsə qızı isə xəstə qızının böyrəyinin dəyişdirilməsinə köməklik olunmasını qeyd edib. Vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.
Şəhər sakini Əhmədov Məzahir Mais oğlu və Çaylı kənd sakini Rzayeva Şirinnaz Mirzə qızı işlə təmin olunmaları ilə bağlı müraciət ediblər. Vətəndaşlara istəklərinə uyğun boş iş yeri yaranan zaman baxılacağı bildirilib.
Şəhər sakinləri Mansurova Nəzakət Allahverdi qızının, Fərruxlu Mehriban Yolçu qızının, İbrahimova Kəmalə Qabil qızının, Hadıyeva Rəfiqə Məmməd qızının, Ağköynək kənd sakini Əmiraslanov Ədalət İsmayıl oğlunun, Yuxarı Salahlı kənd sakini İsgəndərova Havaxanım Biyad qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.