Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Dövlət Rəsm Qalereyasında tədbir keçirilmişdir

21 aprel 2015 | 15:00

Qazax Dövlət Rəsm Qalereyasında Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə bağlı maarifləndirici və təbliğat-təşviqat xarakterli tədbir keçirilmişdir. Tədbirdə rayonun mədəniyyət işçiləri, idmançılar, gənclər və içtimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Nailə Əliyeva açmış, tədbirin məqsədi barədə iştirakçılara məlumat vermişdir. Sonra QDRQ-nın direktoru Münəvvər Xəlilova çıxış etmiş, bildirmişdir ki, 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Məclisi tərəfindən I Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. I Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi hadisədir. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu gün Azərbaycan Avropada və bütün dünyada dinamik inkişaf edən ölkə, etibarlı dost və tərəfdaş kimi tanınır. Azərbaycan bütün dünyada ən mötəbər, dünya əhəmiyyətli tədbirlərin, idman yarışlarının keçirilməsinə ev sahibliyi etməyə tam hazırdır. Bu xalqımızı sevindirir və biz bundan qürür hissi keçiririk.
  Daha sonra MKS-in direktoru Solmaz Babanlı, Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov və başqaları çıxış edərək, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə danışdılar, dövlətimizin siyasi uğuru olduğunu qeyd etdilər və idmançılara uğurlar arzuladılar.
  Sonda Qalereyanın nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin  Bakıda keçirilən I Avropa Oyunlarına həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və qaliblərə diplomlar verilmişdir.

Keçidlər