Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Azərbaycanda həyata keçirilən sosial siyasətin kökündə Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində saxladığı vətəndaş amili dayanır.
Bu gün dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Bu sahənin hər zaman ön planda dayanmasının ən bariz nümunəsi sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullardır. Rayon rəhbəri tərəfindən keçirilən hər bir görüşün arxasında vətəndaş qayğıları və onların müsbət həlli dayanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər sakinləri Əhmədova Afət Zakir qızı və Hüseynova Təranə Nahat qızı müraciətlərində işlə təmin olunmalarına köməklik edilməsini qeyd ediblər. Vətəndaşlara istəklərinə uyğun boş yer yaranan zaman məlumat veriləcəyi bildirilib.
Şəhər sakinləri Vəliyev Şahvələd Hümbət oğlunun, Nəbiyev Kəmaləddin İsə oğlunun, İbrahimov Elman Novruz oğlunun, Daş Salahlı kənd sakini Nəbiyeva Nuriyyə Əvəz qızının, Bağanıs Ayrım kənd sakini Adıgözəlova Şəhla Vaqif qızının, Xanlıqlar kənd sakini Qurbanova Nailə Müşfiq qızının, Barxudarlı kənd sakini Əsgərova Ülkər Səyad qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.