Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda "Tarixi abidələrdə yaşayan tariximiz" layihə çərçivəsində tədbir keçirilmişdir

24 aprel 2015 | 15:00

Qazax rayon İcra Hakimiyyətinin və Gənclərin  İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə "Tarixi abidələrdə yaşayan tariximiz" layihə çərçivəsində tarixi abidələri özündə əks etdirən kitabçaların təqdimatı keçirilmişdir.
     Qazax Dövlət Sosial-İqtisadi Kollecində, Qazax şəhər 1 sayı orta məktəbində, Qazax rayon Mədəniyyət  Mərkəzində və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında keçikrilən təqdimat mərasimlərində Rayon İcra Hakimiyyətinin məsul işçiləri, təhsil və mədəniyyət işçiləri, müəllim, tələbə və şagirdlər, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Qazax rayon İcra Hakimiyyətinin məsul işçi Azad Hümbətov,Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov, Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçiləri Nailə Əliyeva və Pəri Məmmədova və başqaları mərasimdə çıxış edərək həyata keçirilən layihə, onun əhəmiyyəti haqqında məlumat vermişlər. Çıxışlarda ölkəmizdə və eləcə də rayonumuzda dövlət səviyyəsində gənclərə göstərilən qayğıdan, onların perspektivlərinin dövlət tərəfindən dəstəklənməsindən, hökumət və qeyri-hökumət təşkilatları arasındakı münasibətlərdən ətraflı danışmışlar. Rayonda tarixi abidələri özündə əks etdirən kitabçaların nəşri yüksək qiymətləndirilmiş və bu cür tədbirlərin daha geniş və tez-tez keçirilməsinin vacibliyini vurğulanmışdır.
     Sonra AMİ-nin direktoru Afaq Qasımova və QHT nümayəndəsi Məhərrəm Göyüşoğlu çıxış edərək gənclərimizin tarixi abidələrimiz haqda bilgilərinin genişləndirilməsi istiqamətində bu cür layihələrinin həyata keçikrilməsinin önəmli olduğunu söyləmişlər.
     Beləliklə, “Tarixi abidələrimizdə yaşayan tariximiz” layihəsinə yekun vurulmuş, tədbir  iştirakçılarına  layihənin emblemi təsvir olunmuş köynəklər və rayonda yerləşən tarixi abidələri özündə əks etdirən kitabçalar paylanılmışdır.

Keçidlər