Qazaxda Məşəldarların yığıncağı keçirilmişdir
Qazax rayonunda I Avropa Olimpiya Oyunlarına hazırlıqla əlaqədar Məşəldarların ilk yığıncağı keçirilmişdir. Onların maarifləndirilməsi, təlimatlandırılması və məşəl yürüşü haqqında məlumatlandırılması məqsədi ilə keçirilən yığıncağı Rayon İcra Hakimiyyəti başçısının İctimai-Siyasi və Humanitar məsələlər üzrə müavini Gülaya Həsənova açmışdır. O, ölkəmizin tarixində və xalqımızın həyatında çox əlamətdar və tarixi hadisə münasibəti ilə Məşəldarları təbrik etmiş, Avropa Oyunlarının rəmzi olan Məşəlin daşıyıcısı seçildiklərinə görə onları təbrik etmiş, üzərlərinə düşən şərəfli misyanın yüksək səviyyədə həyata keçirilmələri üçün onlara uğurlar arzulamışdır.
Sonra Məşəldarlara bildirmişdir ki, Siz artıq Bakı- 2015 Avropa Oyunlarının rəmzi olan və Açılış Mərasiminin təməli hesab olunan məşəlin daşıyıcısınız. Bu şərəf sizə dünya miqyasında öz rayonunuzu və Azərbaycanı təmsil etmək imkanı verir. Bütün dünya Məşəl Yürüşünün başlanılmasını və Azərbaycanın, onun xalqının nə təklif edəcəyinin gözləyir.
Sonra Məşəldarlar I Avropa Oyunları, Məşəldarlar üçün Bələdçi məqaləsi ilə tanış olmuşlar. Onlarla Məşəldar kimdir, tədbirdən öncə nəyi bilmək lazımdır, tədbir günü nəyi gözləmək lazımdır, Avropa Oyunları Məşəldarından nə gözləyirik, yürüşün marşurut qaydadları hansılardır və digər məsələlərlə bağlı təlimatı, maarifləndirici söhbətlər aparılmış, onları maraqlandıran suallara cavablar verilmişdir.
Axırda Məşəldarlar öz fikir və ürək sözlərinin söyləmişlər ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsindən, belə bir şərəfli misyanın daşıyıcıları olmaqlarından qürur duyduqlarını bildirmişlər.
Məşəldarlara məlumat kitabçaları paylanılmışdır.