Şriftin ölçüsü :

Saytın rəngi :

"DOST İş Mərkəzi" MMC vətəndaşların işlə təminatı sahəsində böyük əhəmiyyət kəsb edir

16 aprel 2019 | 16:00

Bu gün Azərbaycan xalqı və dövləti Azərbaycan Respublikasının memarı, qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mütərəqqi dövlətçilik ideyaları, müdrik siyasəti sayəsində uğurla inkişaf edir. Bu uğur və nailiyyətin arxasında isə ölkə başçısı İlham Əliyevin həmin ideyalara sadiqliyi, öz vətəndaşını düşünmək kimi ən ali hissi dayanır. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu layihələr, genişmiqyaslı tədbirlər, imzalanan çoxsaylı fərman və sərəncamlar birbaşa vətəndaş amilinə, vətəndaş mövqeyinə hesablanır. İstər ötən ilin axırları, istərsə də bu ilin əvvəlində imzalanan əhəmiyyətli sərəncamlar, fərmanlar da bir daha onu göstərdi ki, hər bir iş vətəndaşların sosial rifah halıının yaxşılaşdırılmasına, işlə təminatlarının yüksəldilməsinə köklənib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, "DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 9 avqust 2018-ci il tarixli sərəncam bunu bir daha sübut etdi. Daha sonra Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında ölkə Prezidenti 10 dekabr 2018-ci il tarixli fərman imzaladı. Bu gün həmin tarixi fərmanla yaradılmış DOST mərkəzləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.
Sevindirici haldır ki, ölkəmizin regionlarında, şəhər və qəsəbələrində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Qazax rayonunun simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Qazaxın sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Ölkə başçısının uğurla həyata keçirdiyi məqsədyönlü işlərdən biri də vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı uğurlu addımlardır. Prezident İlham Əliyevin tapşırığına əsasən bölgələrdə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerləri də bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, Qazaxda yaşayan rayon sakinləri də dövlət başçısının onlar üçün yaratmış olduğu imkanlardan bəhrələnə bilirlər. Ötən illərdə olduğu kimi, bu il də rayon sakinləri müvəqqəti iş yerləri ilə təmin olunacaqlar.

Keçidlər