Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni iş təklifi var!

17 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai işlər təşkil olunmuşdur.
Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə təşkili məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yardılmışdır.
Yeni yaradılmış "DOST İş Mərkəzi" MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.
İctimai işlərə cəlb olunan vətəndaşlar Qazax Rayon Məşğulluq Mərkəzində  iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilir.
Məlumat üçün bildiririk ki, Qazax rayonu üzrə “DOST – İş Mərkəzi” MMC tərəfindən 420 yeni iş yeri açılmışdır. Hazırda 413 nəfər işlə təmin olunmuşdur. Əmək haqqı 180 manatdır. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və işçinin sosial müdafiə  hüquqları təmin edilir.
Bundan əlavə SOCAR şirkəti tərəfindən 90 boş (vakansiya) iş yerləri Rayon Məşğulluq Mərkəzinə daxil olmuş və həmin vakansiyalar üzrə  mərkəz tərəfindən 83 nəfər işsiz və iş axtaran vətəndaşlara işə göndəriş vərəqələri verilmişdir.

Maraqlanan vətəndaşlar Qazax rayon Məşğulluq  Mərkəzinə müraciət edə bilərlər.
Əlaqə telefonları: (022) 295 12 53

Keçidlər