Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi başa çatmışdır

01 may 2015 | 15:00

Qazaxda ölkə prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə cari ilin fevralın       02-dən mayın 01-nədək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində rayondakı Müalicə Diaqnostika Mərkəzində, Şəhər Poliklinikasında və xüsusi həkim briqadaları tərəfindən yaşayış məntəqələrində keçirilən  əhalinin tibbi müayinəsi başa çatmışdır. 
     Aksiya çərçivəsində 68455 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir.  Onlardan 4222  nəfərinə ambulator, 606 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuş, 197 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.   
     Artıq iki  il  davam edən  aksiyada pulsuz tibbi muayinədən keçən sakinlər onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb  olunması məqsədilə keçirilən bu aksiyanı  yüksək qiymətləndirmiş və ölkə prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər