Qazaxda elmi praktik konfrans keçirilmişdir
Qazaxda Rayon İcra Hakimiyyətinin və YAP Rayon Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət" mövzusunda elmi praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə YAP Rayon Təşkilatının sədri Həmid Pənahov açmış və məruzə ilə çıxış etmişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur", YAP Qazax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova "Heydər Əliyevin Azərbaycan qadınlarına qayğısı", YAP Gənclər Birliyi Qazax Rayon Təşkilatının sədri Vüsal İsmayılov "Heydər Əliyev gənclərimizin himayəçisi olmuşdur", YAP Qazax Rayon Təşkilatı İdarə Heyyətinin üzvü Arzu Novruzov "Heydər Əliyev və Azərbaycan səhiyyəsi", Şura üzvü Tərlan Bədəlova "Heydər Əliyev və Azərbaycan təhsili" mövzularında çıxış etmişlər.