Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Daş Salahlı kənd sakini, şəhid anası Əliyeva Zənfira Rüstəm qızı səhhətində yaranmış vəziyyətlə əlaqədar Bakı şəhərində əməliyyat olunması üçün aidiyyəti üzrə göndəriş verilməsinə köməklik olunmasını bildirib. Vətəndaşın müraciətini diqqətlə dinləyən rayon rəhbəri məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.
İşlə təmin olunma barədə müraciət edən Daş Salahlı kənd sakini Allahquluyeva Hava Osman qızına Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə, Kosalar kənd sakini Hüseynov Ural Hüseyn oğluna isə dövlət qulluğuna imtahanda iştirak etmələri tövsiyə olunub.
Şəhər sakini Hacıyev Elxan Fərrux oğlunun, Ağköynək kənd sakini Nəbiyeva Aytəkin Fabil qızının, Yuxarı Əskipara kənd sakini Şərifov Seminarist Qayıb oğlunun, İkinci Şıxlı kənd sakini Vəliyeva Fəxriyyə Nüsrət qızının, Bakı şəhər sakini, yazıçı Nəsibov Vaqif Hüseyn oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.