Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın müraciətinə yerində baxılıb

03 may 2019 | 16:00

Bu gün ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların müraciətlərinə operativ şəkildə cavab verilməsi, onların istəyinə əsasən yerində baxış keçirilməsidir. Son 3 ildə rayon rəhbərinin vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hər bir rayon sakini ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacağını bilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün daha bir vətəndaşın – Çaylı kənd sakini Aslanov Yaqub Təmraz oğlunun rəsmi müraciətinə əsasən yerində baxış keçirib. Vətəndaşın torpaq məsələsi ilə bağlı istəyini dinləyən icra başçısı onu narahat edən məsələyə aidiyyəti üzrə baxılacağını və rəsmi cavab veriləcəyini bildirib.

Keçidlər