Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda barama istehsalının 8 ton olacağı gözlənilir

18 may 2019 | 16:00

Bu il artıq dördüncü il olacaq ki, Qazaxda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı məqsədilə məqsədyönlü işlər görülür.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı uğurla icra olunur.
Rayonda baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunmasının nəticəsidir ki, barama istehsalı ildən-ilə artır. Belə ki, 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək” ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub.
Hazırda ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir. İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.

Keçidlər