Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika günü münasibəti ilə toplantı keçirilmişdir

27 may 2015 | 15:00

Qazaxda 28 May Respublika günü münasibəti ilə toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış,    RİHB-nın müavini Gülayə Həsənova məruzə ilə çıxış etmişdir. YAP rayon təşkilatının sədri Həmid Pənahov,  AMİ -nin Qazax filialının müəllimi Mübariz Süleymanov, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev və Avey Dövlət Qoruğunun direktoru Səadət Əliyeva çıxış etmişlər. Məruzə və çıxışlarda Şərqdə ilk demokratik respublika olan ADR-in keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmış və  bildirilmişdir  ki,  ADR-in yaranması bizim vaxtı ilə itirilmiş dövlətçiliyimizi bərpa etmişdir, eyni zamanda, xalqımızın tarixində ilk demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin təşəkkülünün əsasını qoymuşdur.
     Lakin ölkəmiz ermənilər və bolşevik-rus imperiyası tərəfindən hərbi təcavüzə məruz qaldığından və işğal olunduğundan müstəqilliyimiz cəmi 23 ay yaşadıqdan sonra süqut etmişdir. Xalqımız 70 il sovet imperiyasının tərkibində yaşamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycanın ötən əsrin əvvəllərində yüksəlmiş üç rəngli bayrağı əsrin sonlarında yenidən bir daha yüksəlmiş və ölkəmiz böyük itkilər və qanlar bahasına yenidən müstəqil olmuşdur. Lakin bu dəfə də Azərbaycanın xarici düşmənləri və onların daxilimizdə olan havadarları dinc dayanmadılar. Onlar hazırlanmış məkrli planlar əsasında dövlətçiliyimizə və müstəqilliyimizə zərbələr vurmuşlar. Azərbaycanda vətəndaş müharibəsi başlamış və qardaş qanı axıdılmışdır.  Azərbaycan dövlətinin məhv olması üçün real təhlükə yaranmışdır. Belə çox ağır bir gündə xalqın xahişi və təkidli tələbi ilə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldi. Yalnız bundan sonra ölkəmiz və müstəqilliyimiz üçün bütün təhlükələrin qarşısı alındı.
     Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimiz möhkəm əsaslarını yaradaraq ADR-nin siyasi və hüquqi varisi olan bu günki qüdrətli, çiçəklənən Azərbaycanı yaratmışdır. Bu günki  Azərbaycan ADR-in siyasi və hüquqi varisidir.
     ADR-nin  Müstəqil Azərbaycan dövləti artıq 24 ildir ki, demokratik , hüquqi,  dünyəvi, dövlət quruculuğu yolunda inamla addımlayır. Ölkəmizin bütün dünyada siyasi nüfuzu və qüdrəti artmışdır. Azərbaycan artıq Eurovision mahnı müsabiqəsi, I Avropa Oyunları kimi dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Azərbaycan hazırda yeni inkişaf mərhələsinə qədəm qoymuş, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş və dünyada nüfuzu durmadan artan bir dövlətə çevrilmişdir.

Keçidlər