İcra başçısı xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib
Qazaxda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində işlər görür.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev Fondunun təşkil etdiyi iftar süfrəsində əməliyyat olunduğu üçün iştirak edə bilməyən şəhid anası Tamella Süleymanovanı ziyarət edib. Rayon rəhbəri şəhid anasına baş çəkmək üçün Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, yaşlı anaya xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, bu gün özümə borc bildim ki, gəlib Sizə baş çəkim, bayramınızı təbrik edim. Siz şəhid analarına qayğı göstərmək hər birimizin ən ümdə borcumuzdur. Vətən üçün igid oğullar böyüdən analara qayğı ilə yanaşmaq hər bir azərbaycanlının ən əsas işi olmalıdır. Şəhid anası ilə səmimi söhbət edən icra başçısı ona tez zamanda sağalmasını və ailə üzvlərinin yanına qayıtmasını arzu edib.
Şəhid anası Tamella Süleymanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlığını bildirib. Bu gün xəstəxanada ona baş çəkməsini, təbrik etməsini şəhid analarına olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.
Sonra rayon rəhbəri Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın xəstəxanada müalicə alan yaxınına da baş çəkib, xəstəyə tez zamanda şəfa tapmasını bildirib.