Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir

29 may 2015 | 15:00

Rayonun 47 ümumtəhsil müəssisəsindən 34-də (qalanı orta və ibtidai məktəblərdir) XI sinfi bitirən 839 nəfər məzun üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq “Son zəng” tədbirləri keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimyyətinin və Rayon Təhsil Şöbəsinin məsul şəxsləri iştirak etmişlər.
Bundan başqa, əmək və müharibə veteranları, ağsaqqallar, veteran müəllimlər və valideyinlər, ictimaiyyət və KİV nümayəndələri də tədbirlərə dəvət olunmuşdular.
Bütün məktəblərdə “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Sonra çıxışlar olmuşdur. Çıxış edənlər ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünya görüşünün formalaşdırılması olduğunu söyləmişlər.
Çıxış edənlər sonda “Son zəng” münasibəti ilə məzunları təbrik etmişlər, onlara gələcək təhsillərində və həyatda uğurlar arzulamışlar.
Daha sonra məktəb məzunları onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildirmişlər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz vermişlər.
“Son zəng” tədbiri Qazax şəhərinin və eləcə də, Çaylı, Qazaxbəyli, Birinci Şıxlı, Ürkməzli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Canalı, Hüseynbəyli kəndlərinin  tam orta məktəblərində daha yaxşı təşkil olunmuşdur.
Bütün məktəblərdə “Son zəng” mərasimləri şagirdlərin hazırladığı ədəbi - bədii kompozisyalarla davam etdirilmişdir.

Keçidlər