Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb

04 iyun 2019 | 16:00

Son illər respublikamızın hər yerində olduğu kimi Qazaxda da ildən-ilə inkişaf etdirilən sahələrdən biri baramaçılıqdır. Rayonda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsini ildən-ilə artan göstəricilərdən aydın şəkildə görmək olar. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, Yuxarı Salahlı, Aşağı Salahlı, Orta Slahlı-Qazaxbəyli, Daş Salahlı və Xanlıqlar kəndlərində olub ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə ki, ipəkqurdları beçinci yuxunu başa vuraraq barama sarımağa başlayıb. Beşinci yaşda bəsləmə tədbirləri barədə məlumat verən kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana bilər.

İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır ki, onların arasında ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün "DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Mütəmadi olaraq onlarla görüşdüyünə, qayğıları ilə maraqlandığına, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul götürməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.

Keçidlər