Şriftin ölçüsü :

Saytın rəngi :

Dəyirmi masa keçirilmişdir

05 iyun 2015 | 15:00

04 iyun 2015-ci il tarixdə Qazaxda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İB-nin təşkilatçılığı ilə “Gənclərin düzgün dini maarifləndirilməsi mövzusunda ictimai müzakirələr” adlı layihə çərçivəsində dəyirmi masa  keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev açaraq, layihə barədə ətraflı məlumat verdikdən sonra “Sağlam İnkişaf və Maarifləndirmə” İB-nin sədri Anar Xəlilov mövzu ilə bağlı ətraflı çıxış etmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında  Dini Ekspertlər Şurasının üzvü, İctimai Televiziyanın “Din və Cəmiyyət” verilişinin aparıcısı Natiq Rəhimov ölkədəki dini durum barədə geniş danışmışdır.Sonra Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regional kuratoru Eldəniz Vəliyev, Qazax rayon Təhsil şöbəsinin aparıcı-məsləhətçisi Rasim Carçıyev mövzu ətarfında tədbir iştirakçıları ilə fikir mübaduləsi aparmışlar və öz mülahizələrini söyləmişlər.

Keçidlər