Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazaxda şəhərin su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar “Ağstafaçay” su anbarının vadilərində əlavə içməli su mənbəyinin ayrılması üçün təklif olunan yerə baxış keçirib

08 iyun 2019 | 16:00

Artıq bir neçə aydır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılıb. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su və kanalizasiya xətlərinin tikintisini paralel olaraq həyata keçirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar olaraq “Ağstafaçay” su anbarının vadilərində əlavə içməli su mənbəyinin ayrılması üçün təklif olunan yerə baxış keçirib.
Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov əlavə içməli su mənbəyinin müəyyənləşdirilməsi, alternativ olaraq ikinci qidalandırıcı xəttin çəkilişi ilə bağlı təkliflərini bildirib. “Coğazçay” su anbarından əlavə bu anbardan da su mənbəyi kimi istifadə olunmasının mümkünlüyünü qeyd edib.
Rayon rəhbəri qeyd olunan məsələnin aidyyəti şəxslərin iştirakı ilə ətrafı şəkildə müzakirə olunmalı olduğunu bildirib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər