Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Daş Salahlı kəndində baramanın mövcud vəziyyəti ilə maraqlanıb

13 iyun 2019 | 16:00

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizin hər yerində olduğu kimi Qazaxda da uğurla yerinə yetirilir. Baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən bu Sərəncam bölgələrdə kümçülər üçün geniş imkanlar açır. Son 3 ildə rayonda bu sahədə olan inkişafı ildən-ilə artan məhsulun miqdarından da görmək olar. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Daş Salahlı kəndində olub baramanın mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə bildirilib ki, digər kəndlərdə olduğu kimi, Daş Salahlı kümçüləri də baramanın tədarükünə başlayıblar. Çəkdikləri zəhmətin bəhrəsini götürən kümçülər bu günə kimi 85 kq baramanı Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində "Azəripək” ASC-nin nümayəndəsinə təhvil verdiklərini qeyd ediblər.
Məlumat üçün qeyd edək ki, ümumi rayon üzrə bu günə kimi 2 tondan artıq barama tədarük olunub.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.

Keçidlər