Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax məktəblərində “Son zəng” çalınıb

14 iyun 2019 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun məktəblərində də “Son zəng” çalınıb. Bu il rayonun 40 ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirləri Azərbaycan Respublikası Təhsil Nazirinin 7 iyun 2019-cu il F-350 nömrəli əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil edilib. 2018/2019-cu tədris ilində Qazax rayonunda fəaliyyət göstərən 40 ümumtəhsil məktəbindən 702 nəfər XI sinfi bitirərək məzun adını alıb. Bu il IX sinfi bitirən şagirdlərin sayı isə 980 nəfərdir.
Rayon üzrə keçirilən bütün tədbirlərdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak edərək icra başçısı Rəcəb Babaşovun səmimi təbriklərini çatdırıblar. Məzunları təbrik edib, yenicə qədəm qoyduqları həyatda uğur qazanmalarını arzulayıblar.
Bütün məktəblərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra təhsil sahəsində qazanılan uğurlardan söhbət açılıb. Respublika Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışılıb. Son illər bu sahəyə olan qayğı nəticəsində respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunduğu diqqətə çatdırılıb.
Onbirincilərin hazırladıqları kompozisiyalar, birincilərin ifasında Vətənə, Anaya, məktəbə, “Son zəng”ə həsr olunmuş şeirlər və mahnılar alqışlarla qarşılanıb. Sonda bütün məktəblərdə “Son zəng” çalınıb.

 

 

 

Keçidlər