Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunmuşdur

13 iyun 2015 | 15:00

Qazaxda 15 iyun – Milli Qurtuluş Günü  geniş qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş və abidəsi önünə gül - çiçək dəstələri qoymuşlar. Tədbiri  Qazax rayon  İcra Hakimiyyətinin başçısı cənab  Ayaz Əsgərov açmış və 15 iyun – Milli Qurtuluş Günü  münasibəti ilə xalqımızı və  tədbir iştirakçılarını  təbrik etmiş, onlara möhkəm  cansağlığı və xalqımızın xoş gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulamışdır. Sonra bildirmişdir ki, XX əsrdə Azərbaycan xalqı Heydər Əliyevin şəxsində özünün güclü Ümummilli Liderini yetişdirmiş və onun ətrafında sıx birləşmişdir. Xüsusilə, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslər milli mənafe naminə bütün gücünü səfərbər edərək xalqa doğru yol göstərən yeni liderə zərurət yaratmışdı.
Həmin vaxt ölkədəki ağır vəziyyətə çox həssas yanaşan, dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edən Heydər Əliyev  bütün qadağalara və təzyiqlərə baxmayaraq, vətənə dönmüş, dar günündə xalqın yanında olmuş, onun problemlərinə, ağrı-acısına şərik çıxmışdır.
Hamıya yaxşı məlumdur ki, Bakıda 1990-cı ilin qanlı yanvar hadisələri zamanı Heydər Əliyev xalqımıza qarşı Soyqırım törətmiş Rus İmperiyasını və Sovet ordusunu  pisləyən bəyanatla çıxış etmiş və Azərbaycanın haqq səsini  bütün dünyaya yaymışdır.  1993-cü ilin iyununda  Azərbaycan xalqı çətin imtahan qarşısında  qalmışdı. Ölkə dayanmadan vətəndaş müharibəsi kimi dəhşətli uçuruma doğru  gedirdi. Belə bir ağır şəraitdə Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtmasını daha böyük  qətiyyətlə tələb etməyə başladı. Əslində, bu tələb 1988-ci il mitinqlərdən başlayaraq irəli sürürlürdü. Xalqımız belə böhranlı və mürəkkəb zamanda  Heydər Əliyev təcrübəsindən, uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Belə də oldu. Bu, sözün əsl mənasında " Ömrümün qalan hissəsi də xalqıma bağışlayıram" deyib meydana atılan Vətən oğlunun öz xalqı və  öz Vətəni qarşısında misilsiz fədədəkarlığı idi.
Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi ilə tezliklə bu mühüm vəzifələrin öhtəsindən  gəlməyə tam qadir olduğunu göstərdi. Siyasi hakimiyyətə qayıdışının ilk anından Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət ölkəmizi və xalqımızı qorumağı bacardı. Həmin vaxt ölkədə yaranmış sabitliyi, inkişafı gözü götürməyən, hakimiyyətə can atan bəzi qüvvələr nəyin hesabına olsa da, özlərinin hakimiyyətə gəlmələri naminə bir neçə dəfə dövlət çevrilişinə cəhdlər etdilər. Lakin  Ümumilli Lider Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqla bir olması nəticəsində bu çevrilişlərin hamısının qarşısı alındı. Ümumilli Lider Heydər Əliyev tarixin onun qarşısına qoyduğu şərəfli bir missiyanı - Azərbaycanın parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən  qurtarmaq və müstəqilliyimizi qoruyub saxlamaq vəzifəsini şərəflə yerinə yetirdi. Heydər Əliyev bu yolda gördüyü işlərlə, iqtisadi islahatlar, hüquqi, demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində Azərbaycanın ən görkəmli dövlət xadimi kimi dünya tarixinə düşdü.
Xalqımızın ən böyük xoşbəxtliyi isə Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsidir. Ulu Öndərin vaxtilə dediyi fikirlər bu gün öz təsdiqini bir daha tapdı : “İnarıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Biz bu gün  fəxarət hissi keçiririk və qürur duyuruq ki, Ulu Öndər Heydər Əliyevin yaradıb, bizə əmanət qoyub getdiyi Azərbaycan dövləti bu gün möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən qətiyyətlə qorunub saxlanılır və daha da möhkəmləndirilir. Ölkəmizdə müstəqilliyimizin, dövlətimizin daha da gücləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan, dinamik inkişaf edən ölkəyə çevirilməsi, ordumuzun gücünün daha da artırılması sahəsində çox səmərəli işlər aparılır.  İndi bütün azərbaycanlılar fəxr edir ki, ölkəmizin qazandığı naliyyətlər beynəlxalaq müstəvidə də etiraf edilir və yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, dünyada bir çox nüfuzlu təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarlar qəbul edirlər. Azərbaycan özünün sürətli inkişafı sayəsində I Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqtisadi inkişafına, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların Avropa səviyyəsində etirafıdır. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir. I Avropa Oyunları Avropanın idman tarixində ilk qitə yarışmasıdır. Ölkəmiz Avropa tarixinə yeni bir səhifə yazacaqdır. Bundan 100 il sonra da İlk Avropa Oyunları tarixinə nəzər salınanda bu yarışların ilk dəfə Azərbaycanda keçirildiyi fəxarətlə qeyd olunacaqdır.  Bu, əlbəttə ölkəmiz üçün çox qürur vericidir.    
Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız qalmışdı, lakin, Azərbaycanda  Bu Oyunlar ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəkdir.Sonra İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov xalqımızı belə bir möhtəşəm idman bayramı münasibəti ilə təbrik etmiş, bütün idmançılarımıza parlaq qələbələr və idman uğurları arzulamışdır. Söyləmişdir ki, ölkəmizdə həyata keçirilən düzgün, uğurlu daxili və xarici siyasət, əldə olunmuş iqtisadi uğurlar, ölkəmizin sürətlə inkişaf edən qüdrətli ölkəyə çevirilməsi, beynəlxalq aləmdə böyük nüfuz sahibi olması nəticəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız da yaxın vaxtlarda azad olunacaqdır.
Daha sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov məruzə ilə çıxış etmiş, o dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi ilə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınmasından ətraflı danışmışdır. YAP Qazax rayon təşkilatının Şura üzvü, Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, YAP Qazax rayon təşkilatının Qadınlar Şurasının sədri Asya Alhüseynova, YAP Qazax rayon təşkilatının Şura üzvü, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Tərlan Bədəlova və AMİ-nin Qazax filialının müəllimi Mübariz Süleymanov çıxış etmişlər. 

Keçidlər