Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Kiçik və orta sahibkarların inkişafında Şərq Tərəfdaşlığı ölkələrinin müsbət təcrübəsinin mübadiləsi” layihəsi çərçivəsində seminar keçirilib

18 iyun 2019 | 16:00

İyunun 17-də Qazaxda Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı, Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Forumunun maliyyə dəstəyi, “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə “Kiçik və orta sahibkarların (KOS) inkişafında Şərq Tərəfdaşlığı ölkələrinin müsbət təcrübəsinin mübadiləsi” layihəsi çərçivəsində KOS-ların iştirakı ilə seminar keçirilib. Layihə çərçivəsində Qazaxda baş tutan seminarda Azərbaycan, Gürcüstan, Ukrayna və Latviyadan olan ekspertlər təqdimat və təcrübələrini təqdim ediblər.
Seminarda Qazax RİHB aparatının və şəhər bələdiyyəsinin nümayəndələri, rayon üzrə kiçik və orta sahibkarlar iştirak ediblər.
Qazax RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayaraq həyata keçirilən layihənin məqsəd və əhəmiyyətindən söz açıb. Qazaxda təşkil olunan tədbirin kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
“Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ramil Göyüşov çıxış edərək qonaqları və layihə iştirakçılarını salamlayıb, ictimai birlik olaraq tərəfdaşı olduqları bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri, layihə rəhbəri İlqar Hüseynli layihə haqqında ətraflı məlumat verərək kiçik və orta sahibkarılığın inkişafı istiqamətində görüləcək işlərdən söz açıb. Qeyd edib ki, bu layihə Şərq tərəfdaşlığı ölkələrində də tətbiq olunacaq bu təşəbbüsləri, ideyaları müəyyənləşdirən məqamları paylaşmağı nəzərdə tutur. Layihə həmçinin, bu prinsipləri Şərq tərəfdaşlığına daxil olan digər ölkələrin regional kiçik və orta sahibkarlıq tədbirlərinə, xüsusilə aqrar sektora tətbiqini hədəfləyir. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Latviyadan olan tərəfdaşlar regionlarda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş ən yaxşı strategiya və tədbirləri axtarmaq üçün bir araya gəliblər. Bununla yanaşı irəli sürülmüş strategiyalardan bəziləri pilot tədbirlər zamanı sınaqdan keçirilib və tərəfdaşlar tərəfindən irəli sürülmüş ən yaxşı fikir tövsiyə sənədində paylaşılıb. Bundan əlavə, layihə əməkdaş ölkələrin hökumətlərini həmin ölkələrin regionlarında fəaliyyət göstərən KOS-lar üçün xüsusi faydalı olacaq strategiyalarının qəbul edilməsi və həyata keçirilməsinə cəlb etməyə yönəlmişdir.
Gürcüstan “Qadınlar Biznesdə” Assosiasiyasının sədri Nino Elizbaraşvili, Sərhəd əməkdaşlığı mərkəzinin rəhbəri Yurii Vdvoyenko (Ukrayna), Latviya Biznes İttifaqı İdarə heyətinin sədri Eduard Filippovs, Latviya Biznes İttifaqının müşaviri Gunta Misanenin də iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna və Latviyadan olan nümayəndələrin tədqiqat nümunələri təqdim olunub.
Qazaxda qonaq olan nümayəndələr Daş Salahlı kəndində yerləşən Damcılı bulağında, şəhərin mərkəzində yerləşən Fəxri qazaxlılar parkında, Şəhidlər xiyabanında, Qazax Müəllimlər Seminariyasında, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, “Azərxalça” ASC-nin Qazax filialında da olublar.

 

 

Keçidlər