Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə büstü qoyulub

19 iyun 2019 | 16:00

Bu il iyunun 5-də şair, dramaturq, publisist, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 ili tamam oldu. Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutmuş, xalqını və Vətənini sevən böyük şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrini yazan Xalq şairinin 80 illiyinin təntənəli şəkildə qeyd olunması üçün dövlətimiz tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir.

Dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın görkəmli Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir.

Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda büstünün qoyulması da belə tədbirlərdəndir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov büstün qoyulduğu şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında olub, yerində baxış keçirib. Rayon rəhbərinə məlumat verilib ki, qərara alındığı kimi, görkəmli şairin büstü qardaşı Xalq yazıçısı Yusif Səmədoğlunun büstünün yaxınlığında qoyulub. Bildirilib ki, büstün qoyulması ilə bağlı görülən işlər tam başa çatıb və açılış üçün tam hazırdır.

Keçidlər