Dəyirmi masa keçirilmişdir
Qazaxda İnsan Hüqüqları Aylığı çərçivəsində “Azərbaycan Respublikasında İnsan Hüqüqları sahəsində əldə olunmuş naliyyətlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Ədəbiyyat Muzeyində keçirilən dəyirmi masada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, təhsil, Mədəniyyət və Turizm Şöbələrinin, Rayon Polis Şöbəsinin əməkdaşları, ictimaiyyət, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov geniş çıxış etmiş və Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində görülmüş işlər, əldə edilmiş naliyyətlər, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı haqqında danışmışdır. Milli Fəaliyyət Proqramında normativ hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi- analitik, maarifləndirmə və insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
Sonda mövzu ilə bağlı çıxışlar olmuş və tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.