“Vətənimizi tanıyaq və tanıdaq” devizi altında görüş keçirilmişdir
Qazax rayonunda Samux və Qazax şəhər musiqi məktəbləri kollektivləri arasında görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev, Samux rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamil Vəliyev, MİHİ Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, məktəb direktorları və müəllimlər iştirak etmişlər. Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Samux rayonundan gəlmiş qonaqlar Qazaxdakı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Dövlət Rəsm Qalereyası, Tarix Diyarşünaslıq Muzeyi, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyləri ilə tanış olmuşlar. Muzeylərlə tanışlıq Samux rayonundan gəlmiş qonaqlarda zəngin təəssuratlar və xoş əhval ruhiyyə yaratmışdır. Sonra Qazaxdakı Ədəbiyyat Muzeyində hər iki rayonun musiqi məktəblərinin birgə konserti təşkil olunmuşdur. Konsert çox maraqlı olmuş və tamaşaçılara xoş ovqat bəxş etmişdir.
Sonra görüş iştirakçıları Avey dağ mağaralarındakı qədim insan yaşayış məskənləri və Damcılı düşərgəsində olmuşlar. Nahar süfrəsindən sonra qonaqlar Samux rayonuna yola düşmüşlər.